Tanınmış tiktoker həbs olundu
25 Aprel 2026, 22:26
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
662
24.02.2020, 11:46
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insidentdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
BakuPost-un məlumatına görə, hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib.
Qeyd edək ki, hadisə silahlı insident 2018-ci il iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini, kriminal aləmdə “Şahin” kimi tanınan Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən İlqar Həsənov saxlanılıb.
Həmçinin oxuyun
Bundan başa “Şahin” kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı “Şahin”in evində xeyli sayda silah-sursat aşkarlanıb.
Polis tərəfindən Ş. Həsənov və S. Həsənov da saxlanılıb. Saxlanılanlardan İlqar Həsənovun cinayət işinin istintaqı ayrı icraatda aparılıb.
Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib.
00:36 / 26 Aprel 2026
115
00:19 / 26 Aprel 2026
117
23:40 / 25 Aprel 2026
100
23:22 / 25 Aprel 2026
110
23:11 / 25 Aprel 2026
95
22:39 / 25 Aprel 2026
202
22:26 / 25 Aprel 2026
111
22:06 / 25 Aprel 2026
138
21:58 / 25 Aprel 2026
149
21:47 / 25 Aprel 2026
106
21:19 / 25 Aprel 2026
120
20:56 / 25 Aprel 2026
163
20:35 / 25 Aprel 2026
157
20:20 / 25 Aprel 2026
247
20:06 / 25 Aprel 2026
134
19:42 / 25 Aprel 2026
120
19:28 / 25 Aprel 2026
130
19:03 / 25 Aprel 2026
129
18:53 / 25 Aprel 2026
131
18:18 / 25 Aprel 2026
151
18:09 / 25 Aprel 2026
197
17:59 / 25 Aprel 2026
174
17:53 / 25 Aprel 2026
179
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.