DTX-dən əməliyyat: Həbs edilənlər var - Foto
20 Noyabr 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
926
21.02.2020, 15:47
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində bir neçə əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Baş İdarəyə Elcan adlı şəxsin evində qanunsuz olaraq odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Gürcüstan Respublikasının Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan, həmin ölkənin vətəndaşı Elcan Cəfərov paytaxtın Xətai rayonu ərazisində tutulub. Onun kirayədə yaşadığı mənzilə baxış zamanı oradan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1ədəd “F-1” qumbarası, 32 ədəd partron, habelə 8,895 qram narkotik vasitə heroin və 4,403 qram psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun cinayətkar mühitə meyilli şəxs olduğu və əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum edildiyi məlum olub. E.Cəfərov Gürcüstan Respublikasında ağır cinayət törətdiyi üçün bir müddət imiş ki, Bakı şəhərində gizlənirmiş.
Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir uğurlu tədbir zamanı Balakən rayon sakini əvvəllər məhkum olunmuş Əli Muğumov Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində tutulub. Onun qəsəbə ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 16 ədəd patron aşkar edilərək götürülüb.
E.Cəfərov və Ə.Muğumov barəsində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxslərin ətralarının və onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
19:50 / 20 Noyabr 2026
5
19:46 / 20 Noyabr 2026
21
19:37 / 20 Noyabr 2026
45
19:37 / 20 Noyabr 2026
366
19:29 / 20 Noyabr 2026
46
19:23 / 20 Noyabr 2026
57
19:23 / 20 Noyabr 2026
57
19:16 / 20 Noyabr 2026
61
19:06 / 20 Noyabr 2026
61
18:57 / 20 Noyabr 2026
400
18:39 / 20 Noyabr 2026
72
18:30 / 20 Noyabr 2026
97
18:12 / 20 Noyabr 2026
82
18:06 / 20 Noyabr 2026
89
17:54 / 20 Noyabr 2026
94
17:48 / 20 Noyabr 2026
93
17:34 / 20 Noyabr 2026
105
17:26 / 20 Noyabr 2026
118
17:12 / 20 Noyabr 2026
121
17:09 / 20 Noyabr 2026
104
17:05 / 20 Noyabr 2026
112
16:58 / 20 Noyabr 2026
156
16:54 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.