Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda itkin düşən şəxsi polis oteldən tapdı +FOTO

Bakıda itkin düşən şəxsi polis oteldən tapdı +FOTO

KRİMİNAL

794

20.02.2020, 16:10

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayon sakini, 1991-ci il təvəllüdlü N.Əliyevin yeri müəyyən olunaraq ailəsinə təhvil verilib.

Bu barədə Oxu24.com-a BŞBPİ-nin Mətbuat Xidmətindən bildirilib.

Məlumata görə, N.Əliyev paytaxtda fəaliyyət göstərən otellərdən birində aşkarlanıb, hər hansı hüquqazidd əmələ məruz qalmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.