Qaynar xətt:

(+99450) 247 90 86

Sabiq nazir qar uçqununa düşdü - Meyiti tapıldı

Sabiq nazir qar uçqununa düşdü - Meyiti tapıldı

KRİMİNAL

662

19.02.2020, 11:58

Omsk vilayətinin keçmiş səhiyyə naziri Yuri Yerofeyev ölü tapılıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq şöbəsinin müdirinin baş köməkçisi Larisa Boldinova məlumat verib.

Məlumata görə, sabiq nazirin avtomobili qar uçqununun altında qalıb.

Qeyd edək ki, Yerofeyev 1964-cü ildə anadan olub. 2008-ci ilin iyunundan 2012-ci ilin iyun ayınadək Omsk vilayətinin səhiyyə naziri vəzifəsini tutub. Ondan əvvəl isə “Rospotrebnadzor”un (İstehlakçıların hüquqlarının müdafiəsi və insan rifahı sahəsində nəzarət üzrə Federal Xidmət) regional şöbəsinə rəhbərlik edib.