DTX-dən əməliyyat: Həbs edilənlər var - Foto
20 Noyabr 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
704
18.02.2020, 15:39
Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılıb, 1 nəfər isə axtarılır.
Oxu24.com -un məlumatına görə, Balakən şəhər sakini, 35 yaşlı Elşad Məsiyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1,7 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb.
İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni Balakən şəhər sakini, 38 yaşlı Mətləb Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri - 45 yaşlı Qəhraman Bayramov və 36 yaşlı Mətin Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0,5 qram heroin aşkar edilərək götürülüb.
Tədbirin davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən 0,7 qram heroin aşkar edilərək götürülüb.
Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 43 yaşlı Nurullah Kutlasovun yaşadığı evdən 7,3 qram, 33 yaşlı Elşad Mustafayevin yaşadığı evdən isə 41,4 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana aşkar edilərək götürülüb.
Hər üç fakt üzrə cinayət işi başlanılıb. Elşad Mustafayev istisna olmaqla digərləri şübhəli şəxs qismində saxlanılıb.
Elşad Mustafayevin tutulması istiqamətində tədbirlər aparılır.
21:21 / 20 Noyabr 2026
1
20:50 / 20 Noyabr 2026
78
20:40 / 20 Noyabr 2026
121
20:33 / 20 Noyabr 2026
93
20:25 / 20 Noyabr 2026
157
20:25 / 20 Noyabr 2026
97
20:20 / 20 Noyabr 2026
98
20:18 / 20 Noyabr 2026
91
20:06 / 20 Noyabr 2026
97
20:02 / 20 Noyabr 2026
566
20:01 / 20 Noyabr 2026
91
19:50 / 20 Noyabr 2026
115
19:50 / 20 Noyabr 2026
98
19:46 / 20 Noyabr 2026
101
19:37 / 20 Noyabr 2026
127
19:37 / 20 Noyabr 2026
1057
19:29 / 20 Noyabr 2026
96
19:23 / 20 Noyabr 2026
109
19:23 / 20 Noyabr 2026
101
19:16 / 20 Noyabr 2026
105
19:06 / 20 Noyabr 2026
102
18:57 / 20 Noyabr 2026
663
18:39 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.