28 yaşlı oğlanın yardımçı tikilidə meyiti tapıldı
24 Aprel 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
710
18.02.2020, 15:17
Bir qrup sahibkar Sumqayıtın icra başçısı Zakir Fərəcovu məhkəməyə verib.
400 nəfərdən çox fəhlə də iddiaçı qismində onlara qoşulub. Bu barədə Yenisabah.az-a sahibkarların özü bildirib. Zakir Fərəcovun məhkəməyə verilməsinin səbəbi isə onunla sahibkarlar arasında yaranmış borc qalmaqalıdır.
Sumqayıtın giriş hissəsini, şəhər bulvarının tikintisini həyata keçirmiş şirkətlərin təmsilçiləri və 400-dən çox fəhlə indiyə qədər pullarını ala bilmədiklərini iddia edirlər.
Bununla bağlı, dəfələrlə Prezident Admnistrasiyasında olmuş iş adamları və fəhlələr xahiş ediblər ki, həmin pulun alınması üçün onlara yardımçı olsunlar.
İndiyə qədər sahibkarlara ödənilməli olan vəsaitdən heç nə verilməyib. Əksinə, Zakir Fərəcov onlara çatacaq pulun 30 faizinin ona verilməsini tələb edib ki, bu da böyük qalmaqala səbəb olub.
İddialara görə, icra başçısı pulunu tələb edən sahibkar və fəhlələri təhdid edərək, onları polis və prokurorla qorxudaraq, həbs etdirəcəyini söyləyib.
Həmçinin oxuyun
Onların sözlərinə görə, Zakir Fərəcov həmin pulu verməmək üçün müxtəlif bəhanələr gətirir: "Bir ara bizdən həmin pulun 30 faizini tələb edirdi. Üstəlik, tələbi yerinə yetirilməyəcəyi təqdirdə, bizi həbs etdirəcəyi ilə hədələyirdi. Bu işə yaramayanda, başqa vasitəyə əl atdı. Sumqayıt İcra Hakimiyyəti Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xudadatovu qabağa verdi və dedi ki, pulumuzu o verəcək. O da gah dedi, pul yığmayıb, gah dedi işçiləri hələ ərazidən qayıtmayıb, gah da dedi ki, onluq məsələ yoxdur. İndi də Fərəcov başlayıb ki, tikintinin smetasını araşdırır, həm də görülən işlərlə bağlı araşdırma aparır. Nəyin araşdırmasını aparacaq? Vaxtında bir dəfə qiymətləndirmə təşkil elədi, məlum oldu ki, həmin işlərin real dəyəri ayrılan puldan 4 milyon manat çoxdur. İndi durub təkrar araşdırma aparmaq eşqinə düşmək, vaxt udmaq, borcu qaytarmamaq istəyindən başqa bir şey deyil".
Zakir Fərəcovun məhkəməyə verilməsinə gəlincə, borc sahibləri ümid edir ki, hüquqi müstəvidə apardıqları mübarizənin nəticəsi olacaq. "Bütün dəlil və sübutları, habelə zəruri sənədləri toplayaraq, məhkəməyə müraciət etmişik. Sonradan bizimlə birlikdə əziyyət və zəhmət çəkmiş 400 nəfərdən çox fəhlə də iddiaçı kimi bizə qoşulub. Onlar həm məhkəməyə, həm də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət ediblər. Ümid edirik ki, məhkəmə Zakir Fərəcovun qanunsuz əməllərini təsdiqləyib, bizim qanuni haqqımızın geri qaytarılmasında yardım edəcək".
Sahibkarlar və işçilər təkcə Zakir Fərəcovu deyil, həmçinin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Hüseynov Fəzail Ağar oğlunu da məhkəməyə veriblər. Onlar bu işlərdə onun da böyük rolunun olduğunu iddia edirlər.
Sahibkarlar onu da bildiriblər ki, onlar haqqı olan pullarını alana qədər mübarizələrinə davam edəcəklər. Onlar həmçinin qeyd ediblər ki, məsələ ilə bağlı təkrar Prezident Admnistrasiyasına müraciət edəcəklər. Eyni zamanda, Prezident İlham Əliyevdən də dəstək istədiklərini bəyan ediblər.
01:08 / 25 Aprel 2026
232
00:59 / 25 Aprel 2026
243
00:22 / 25 Aprel 2026
237
23:49 / 24 Aprel 2026
84
23:35 / 24 Aprel 2026
220
23:21 / 24 Aprel 2026
232
22:43 / 24 Aprel 2026
349
22:31 / 24 Aprel 2026
93
22:31 / 24 Aprel 2026
227
22:29 / 24 Aprel 2026
100
22:21 / 24 Aprel 2026
97
22:20 / 24 Aprel 2026
254
22:15 / 24 Aprel 2026
1576
22:13 / 24 Aprel 2026
90
22:10 / 24 Aprel 2026
663
22:07 / 24 Aprel 2026
87
22:03 / 24 Aprel 2026
262
22:00 / 24 Aprel 2026
183
21:56 / 24 Aprel 2026
96
21:44 / 24 Aprel 2026
199
21:10 / 24 Aprel 2026
189
20:55 / 24 Aprel 2026
126
20:49 / 24 Aprel 2026
131
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.