DTX-dən əməliyyat: Həbs edilənlər var - Foto
20 Noyabr 2026, 18:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
863
17.02.2020, 15:01
Şəmkir rayonunda qadına qarşı amansız cinayət törətməkdə təqsirli bilinən Abbasov Elnur Fikrət oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu24.com “Ölkə.Az”a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.
İş üzrə məhkəmə hazırlıq iclası fevralın 24-də keçiriləcək.
Qeyd edək ki, Elnur Abbasov Şəmkir şəhər sakini olan E.İ adlı qadının evinə zorla daxil olaraq ona qarşı ağır dərəcəli seksual xarakterli cinayətlər, eləcə də quldurluq əməli törədib. O, qadını dəfələrlə zorlayıb və törətdiyi əməli heç kimə deməməsi məqsədilə onu ölümlə hədələyib.
E.Abbasova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134 (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə), 150.1 ( Zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 149.2.5 (149.2.4-cü maddələrdəki əməllər təkrar törədildikdə), 157.1 (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 181.1-ci (Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın) maddələri ilə ittiham verilib.
21:21 / 20 Noyabr 2026
1
20:50 / 20 Noyabr 2026
78
20:40 / 20 Noyabr 2026
121
20:33 / 20 Noyabr 2026
93
20:25 / 20 Noyabr 2026
157
20:25 / 20 Noyabr 2026
97
20:20 / 20 Noyabr 2026
98
20:18 / 20 Noyabr 2026
91
20:06 / 20 Noyabr 2026
97
20:02 / 20 Noyabr 2026
566
20:01 / 20 Noyabr 2026
91
19:50 / 20 Noyabr 2026
115
19:50 / 20 Noyabr 2026
98
19:46 / 20 Noyabr 2026
101
19:37 / 20 Noyabr 2026
127
19:37 / 20 Noyabr 2026
1057
19:29 / 20 Noyabr 2026
96
19:23 / 20 Noyabr 2026
109
19:23 / 20 Noyabr 2026
101
19:16 / 20 Noyabr 2026
105
19:06 / 20 Noyabr 2026
102
18:57 / 20 Noyabr 2026
663
18:39 / 20 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.