Azərbaycanda ağır yol qəzası: baba və nəvə öldü
14 Aprel 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
543
11.01.2020, 12:59
Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, hadisə ilə bağlı Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən ev sahibi dekabr ayının 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib.
Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib. Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının “isti” izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaş Rüstəm Ağayev saxlanılaraq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.
Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmalıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.
Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.
Həmçinin oxuyun
Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir.


19:44 / 14 Aprel 2026
36
19:30 / 14 Aprel 2026
58
19:29 / 14 Aprel 2026
36
19:28 / 14 Aprel 2026
37
19:25 / 14 Aprel 2026
28
19:21 / 14 Aprel 2026
36
19:06 / 14 Aprel 2026
469
19:05 / 14 Aprel 2026
50
19:00 / 14 Aprel 2026
40
18:57 / 14 Aprel 2026
47
18:44 / 14 Aprel 2026
213
18:41 / 14 Aprel 2026
49
18:35 / 14 Aprel 2026
54
18:27 / 14 Aprel 2026
61
18:16 / 14 Aprel 2026
290
18:07 / 14 Aprel 2026
1376
18:05 / 14 Aprel 2026
71
18:02 / 14 Aprel 2026
105
17:58 / 14 Aprel 2026
42
17:54 / 14 Aprel 2026
48
17:45 / 14 Aprel 2026
55
17:39 / 14 Aprel 2026
79
17:31 / 14 Aprel 2026
53
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.