Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI
27 Yanvar 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1384
11.01.2020, 10:12
Masazır qəsəbə sakini olan valideyn 5 yaşlı qızının 17 yaşlı qonşusu tərəfindən təcavüzə məruz qaldığını iddia edir.
Oxu24.com xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən uşağın anası A.Z-nin sözlərinə görə, təqsirləndirilən şəxsin qohumları istintaqa təsir edərək ittihamın yüngülləşdirilməsinə çalışırlar:
“2019-cu ilin sentyabrın 15-də dörd azyaşlı uşağımla birgə evin həyətində oturmuşdum. Cabirin (şərti ad) ailəsi uzun illərdir bizim qonşumuzdur, onlarla ailəvi gediş-gəlişimiz var idi. O gəlib sement aparmaq istədiyini dedi və götürmək üçün bizim evin zirzəmisinə girdi. Qızımla oğlum da həmin vaxt evə çıxmaq üçün getdilər. Bu vaxt Cabir qızımı çağırdı ki, gəl evin altında sement axtaraq. Mən elə bildim oğlum da onlarla gedib. Zirzəmidə Cabir 5 yaşlı qızıma qarşı seksual xarakterli hərəkətlər edib. Onu qorxudub deyib ki, ananı çağırma. Cabir gedəndən sonra qızım mənə hər şeyi danışdı”.
A.Z əlavə edib ki, qızını dinləyəndən sonra Cabiri çağıraraq məsələni bildiyini nəzərinə çatdırıb:
Həmçinin oxuyun
“O da dedi ki, anamgilə demə, özümü öldürərəm. Axşam qayınanam onlara gedib Cabirin anasına dedi ki, “buradan köçün gedin, qızın atası bilsə, oğlan üçün pis olar”. Bir həftə keçdi, onlar dedilər “biz heç yerə köçmürük”. Mən də polisə müraciət etdim, istintaq çox yaxşı aparıldı. Müstəntiq Cabiri bizə gətirdi, o da harda, nə etdiyini etiraf etdi, bunlar da videoya çəkildi. Amma sonradan Cabir özünü təqsirli bilmədi, deyib ki, guya, təbii ehtiyaclarını ödəmək istəyəndə uşaq yanına gəlib, o da tez şalvarını çəkib. Amma sonradan mən qızımı danışdıranda öyrəndim ki, Cabir qızıma qarşı eyni hərəkətləri son 3-4 ay ərzində dəfələrlə təkrarlayıb”.
Qadın qeyd edib ki, istintaq zamanı Cabir həbsdə qalıb və bu yaxınlarda iş yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib:
“Hakim Rasim Sadıxov işi geri qaytardı. Belə əsaslandırdılar ki, Cabir istintaqda ifadə verəndə qanuni nümayəndəsi yanında olmayıb. Amma bizə qəsəbədə deyilib ki, onlar istintaqa təsir edib maddəni yüngülləşdirmək istəyirlər. İstintaq vaxtı ailə bizə şikayət etməməyimiz üçün pul da təklif etmişdi. Sonra isə vəkilləri təklif etdi ki, 5 yaşlı qızımın barmağına üzük taxsınlar, böyüyəndə alarlar. Bizə belə əxlaqsız təkliflər edirdilər, amma heç biri ilə razılaşmadıq. İndi məsələnin və bu məhkəmə prosesinin ictimailəşməsini istəyirik ki, ədalətli qərar verilsin”.
Qeyd edək ki, ittiham olunan şəxs Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə təqsirləndirilir.
01:58 / 28 Yanvar 2026
17
01:01 / 28 Yanvar 2026
40
00:26 / 28 Yanvar 2026
55
00:16 / 28 Yanvar 2026
50
23:50 / 27 Yanvar 2026
392
23:49 / 27 Yanvar 2026
131
23:34 / 27 Yanvar 2026
185
23:19 / 27 Yanvar 2026
67
23:05 / 27 Yanvar 2026
161
23:00 / 27 Yanvar 2026
98
23:00 / 27 Yanvar 2026
133
22:35 / 27 Yanvar 2026
58
22:30 / 27 Yanvar 2026
123
22:15 / 27 Yanvar 2026
168
22:08 / 27 Yanvar 2026
651
21:54 / 27 Yanvar 2026
108
21:48 / 27 Yanvar 2026
69
21:30 / 27 Yanvar 2026
140
21:18 / 27 Yanvar 2026
2642
21:10 / 27 Yanvar 2026
123
20:57 / 27 Yanvar 2026
82
20:49 / 27 Yanvar 2026
144
20:48 / 27 Yanvar 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.