Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb
21 Noyabr 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1176
09.01.2020, 15:09
Daxili İşlər Nazirliyi İmişlidə 14 yaşlı oğlanın zorlanaraq kanala atılması iddiası ilə bağlı rəsmi açıqlama yayıb.
Oxu24.com-a daxil olan açıqlamada bildirilir ki, qeyd olunan informasiya həqiqəti əks etdirmir və informasiya təhrif olunub.
Televiziya kanallarının birində yayımlanan verilişdə çıxış edən İmişli rayon sakini oğlunun təcavüzə məruz qalması və kanala atılması barədə səsləndirdiyi iddialar faktın təhrif olunmasından başqa bir şey deyil.
Məsələ ondadır ki, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində yaşayan Məhəmməd Əvəzov ötən il oktyabrın 16-da İmişli RPŞ-yə ərizə ilə müraciət edərək 14 yaşlı oğlu Vüqarın yaşadığı evin yaxınlığında qoyun otardığı vaxt tanımadığı şəxs tərəfindən boğularaq boğaz nahiyəsindən xəsarət yetirdiyini bildirməklə bu barədə tədbir görülməsini xahiş etmişdir.
Araşdırma zamanı müvafiq şəxslərin izahatları alınmış, hadisə yerinə baxış keçirilmiş, şəkillər çəkilmiş, baxış protokolu tərtib olunaraq materiala əlavə edilmişdir.
Vüqarı müayinə edən həkim və ekspert rəyində qeyd olunur ki, onda aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vüqarın guya zorlanması və kanala atılması isə ümumiyyətlə uydurma və əsassız iddiadır.
Bundan başqa araşdırma zamanı Vüqarı döydürdüyü iddia olunan Zahid Vəliyev izahatında göstərmişdir ki, Məhəmmədlə aralarında torpaq mübahisəsi var. O, həmçinin Vüqarın üstünə adam göndərmədiyini və onu döydürmədiyini, torpaq sahəsini icarəyə vermədiyi üçün Məhəmmədin qərəzli olaraq ondan əsassız şikayət etdiyini bildirmişdir.
10:28 / 21 Noyabr 2026
1
10:27 / 21 Noyabr 2026
6
10:00 / 21 Noyabr 2026
58
09:42 / 21 Noyabr 2026
81
09:38 / 21 Noyabr 2026
70
09:35 / 21 Noyabr 2026
62
09:33 / 21 Noyabr 2026
73
09:03 / 21 Noyabr 2026
77
00:12 / 21 Noyabr 2026
177
23:31 / 20 Noyabr 2026
175
23:23 / 20 Noyabr 2026
176
23:06 / 20 Noyabr 2026
189
22:45 / 20 Noyabr 2026
169
22:35 / 20 Noyabr 2026
183
22:22 / 20 Noyabr 2026
194
22:01 / 20 Noyabr 2026
184
21:52 / 20 Noyabr 2026
186
21:48 / 20 Noyabr 2026
174
21:21 / 20 Noyabr 2026
185
20:50 / 20 Noyabr 2026
241
20:40 / 20 Noyabr 2026
343
20:33 / 20 Noyabr 2026
189
20:25 / 20 Noyabr 2026
474
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.