İki xalaqızının DƏHŞƏTLİ QƏTLİNİN TƏFƏRRÜATI - VİDEO
13 Aprel 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
770
08.01.2020, 20:23
Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazovu güllələməkdə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı açıqlanıb. Məlum olub ki, Yunis Səfərovun istədiyi vəkilin – Elçin Sadıqovun onun hüquqlarını müdafiə etməsinə icazə verilmir.
Bizimyol.info xəbər verir ki, bu barədə qərar yanvarın 8-də məhkəmədə elan olunub. Yunis Səfərov və digər 11 nəfərin işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Bakıda – Sabunçu rayon Məhkəməsinin inzibati binasında baxır.
Bir gün əvvəl məhkəmədə Yunis Səfərov özü ona dövlət hesabına vəkil təyin edilmiş Elman Ağayevdən imtina etmiş, yaxınlarına səslənərək, vəkil Elçin Sadıqovla müqavilə bağlamalarını istəmişdi. Onun qohumları istədiyi vəkillə müqavilə bağlayıblar. Lakin hakimlər E.Sadıqovun onun hüquqlarını müdafiə etməsinə icazə verməyib. Bildiriblər ki, onun haqqında prokurorluğun 5 sentyabr 2019-cu il tarixli qərarı var. Qərara əsasən, E.Sadıqov vəkil etikasına riayət etmədiyinə görə Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılıb.
Hakimlər Y.Səfərovun dövlət hesabına vəkildən imtinasını da qəbul etməyib. Hərçənd, Y.Səfərov deyir ki, E.Ağayev vəkil kimi onun hüquqlarını faktiki müdafiə etmir. Hüquqları pozulsa da, vəkil heç bir addım atmır, əksinə, onun heç bir şikayəti olmaması barədə açıqlamalar verir.
Məhkəmə zalında iştirak edən E.Sadıqov bildirib ki, hazırda baxılan cinayət işi ilə onun uzaqlaşdırıldığı iş eyni deyil. Vəkilin sözlərinə görə, Y.Səfərovun müdafiəsindən uzaqlaşdırılması barədə prokurorluğun qərarı da istintaq dövrü üçün keçərli idi, məhkəmədə yox: “Prokurorluğun qərarı məhkəmə dövrünü əhatə edə bilməz”.
Birinci məhkəmə iclasında təqsirləndirilən şəxslər əlləri qandallı saxlansalar da, bu gün hakim qandalların açılmasına göstəriş verib. Vəkillər də məsələ qaldırmışdılar ki, əgər şəxs qaydaları pozmursa. Onun məhkəmə önündə qandallı saxlanması ədalət mühakiməsi prinsiplərinə ziddir.
“Biz bu jesti eləyirik, amma unutmayın ki, artıq-əskik nəsə olsa, yenə qandallar taxılacaq. Bəziləri deyir ki, ay Avropa Məhkəməsinin qərarlarına ziddir, nə bilim... Avropa Məhkəməsində təkcə ələ yox, lap ayağa da qandal vururlar”, - deyə Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev bildirib.
Həmçinin oxuyun
Təqsirləndirilən şəxslərdən Mahir Əzizovun anası Məhbubə Əzizova məhkəmənin gedişindən narazıdır. O bildirib ki, oğlunun işinə obyektiv baxılıb, ədalətli qərar çıxarılmasa, özünə qəsd edəcək: “İlk iclaslardan göründü ki, bunların obyektiv, ədalətli qərar çıxarmaq fikri yoxdur. Bizim də vəkilimizi bu işə buraxmadılar. Əvəzində dövlət hesabına vəkil təyin ediblər, ondan da çox narazıyıq. İnanın, intihar həddindəyəm. Belə davam eləsə, özümə qəsd edəcəm”.

Sabiq icra başçısı və mühafizəçisi 2018-ci il iyulun 3-də güllələnib. Bu hadisəyə görə mühakimə olunan 12 nəfər bunlardır: Abdullayev Hamlet Ramiz oğlu, Əzizov Mahir Əziz oğlu, Əliyev Akif İsmayıl oğlu, Mustafayev Rasim Hafiz oğlu, Qurbanov Ceyhun Ələkbər oğlu, Zeynalov Firudin Etibar oğlu, Zalov Cəfər Mürsəl oğlu, Məmmədov Vüqar Vaqif oğlu, Salahov Ceyhun İsrayıl oğlu, Bağırov Anar İslam oğlu və Sərxani Ağa Hüseyn oğlu.
Adları çəkilən şəxslərdən Ağa Sərxani və Anar Bağırov tutularkən əməliyyat zamanı öldürülüb.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 33 maddəsilə ittiham irəli sürülüb. Bunların arasında 29, 120 (qəsdən adam öldürməyə cəhd), 181 (quldurluq), 214 (terrorçuluq), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya dövlətin konstitusion quruluşunu zorla ələ keçirmə) və başqa maddələr var. Bu maddələrdə 20 ilə qədər, hətta ömürlük həbs də nəzərdə tutulub.
23:45 / 13 Aprel 2026
54
23:19 / 13 Aprel 2026
156
23:09 / 13 Aprel 2026
142
22:58 / 13 Aprel 2026
139
22:52 / 13 Aprel 2026
281
22:34 / 13 Aprel 2026
469
22:32 / 13 Aprel 2026
115
22:30 / 13 Aprel 2026
365
22:08 / 13 Aprel 2026
697
22:02 / 13 Aprel 2026
86
21:51 / 13 Aprel 2026
552
21:39 / 13 Aprel 2026
82
21:35 / 13 Aprel 2026
216
21:19 / 13 Aprel 2026
186
21:18 / 13 Aprel 2026
182
21:11 / 13 Aprel 2026
130
21:07 / 13 Aprel 2026
143
20:57 / 13 Aprel 2026
81
20:43 / 13 Aprel 2026
98
20:39 / 13 Aprel 2026
83
20:36 / 13 Aprel 2026
113
20:21 / 13 Aprel 2026
306
20:19 / 13 Aprel 2026
256
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.