Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb
21 Noyabr 2026, 10:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
744
08.01.2020, 19:38
Yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümündə əsas şübhəlilər əmisi Lətif və əmisi oğlu Qorxmazdır. Çünki Nərmini sonuncu dəfə onlar görüblər. Azyaşlı qız onların evinə gəldikdən sonra itkin düşüb. Məsələ burasındadır ki, Nərmin atasının gödəkçəsini götürmək üçün gəldiyi əmisi evinə girərkən hamı görüb, lakin çıxarkən görən olmayıb.
Baku.ws xəbər verir ki, ötən ilin itkin düşən Nərminin axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı, "Səni axtarıram” proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.
Nərminin əmisi Lətifin və əmisi oğlu Qorxmaz, eləcə də Lətifin azyaşlı oğlu Ayxan sualları cavablandırarkən fərqli vaxtlarda fərqli cavablar veriblər. Həmçinin, birinin dediyi söz digərinin söylədiklərilə üst-üstə düşməyib.
Belə ki, Lətif kişi Nərminin həyətdən çölə çıxdığını qardaşı oğlu Qorxmazın pəncərədən baxaraq gördüyünü deyib. Lakin Qorxmaz yataqdan qalxmadığını və pəncərədən baxmadığını bildirib. Lətifin oğlu Ayxanın da Nərmini çıxarkən gördüyünü desə də, azyaşlı atasının bu sözünü təsdiqləməyib. O, Nərminin gödəkçəni içinə qoymaq üçün ondan istədiyi salafan paket üçün evə girdiyini, çölə çıxarkən Nərmini həyətdə görmədiyini deyir.
Bununla da, adıçəkilən hər üçünün ifadələri onlara qarşı şübhələri daha da artırır.
Onu da qeyd edək ki, Nərminin ana nənəsi Minayə xanım ilk gündən Lətifdən şübhələndiyini gizlətməyib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 21-də Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşən 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyti elə həmin kəndin ərazisindəki boş sahədə yandırılmış halda aşkarlanıb. 10 yaşlı qızın başından aldığı küt alətlə vurulan zərbədən öldüyü müəyyən edilib.
Qızın kəllə sümüyündə 5 sınıq aşkarlanıb. Cinayətin digər təfərrüatları da məlum olub. Belə ki, Nərmin ayyarım əvvəl itkin düşdüyü paltarda tapılıb. O da müəyyənləşib ki, uşağı meyiti kənd ərazisində saxlanılırmış. Ehtimal edilir ki, Nərmin bu müddət ərzində zirzəmidə saxlanılıb. Kriminalistlər Nərminin yandırıldığı yerə yaxın ərazidə avtomobil təkəri izlərinə rast gəlməyiblər.
Ehtimal edilir ki, qızın meyitini arabada gətiriblər. Cinayətkar qızın meyitini polietilen torbada hadisə yerinə gətirib və orada yandırıb.
Nərminin dırnaqları tutulmuş olub. Operativ istintaq əməliyyat qrupu bu qənaətə gəlib ki, bunu qatil edib. Bunu o səbəbdən edib ki, qurbanı ona cinsi zorakılıq zamanı müqavimət göstərərək, xəsarət yetirməsin. Qızın meyiti qurşaqdan aşağı yanmış olub.
Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğundan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.
10:33 / 21 Noyabr 2026
14
10:28 / 21 Noyabr 2026
43
10:27 / 21 Noyabr 2026
46
10:00 / 21 Noyabr 2026
76
09:42 / 21 Noyabr 2026
92
09:38 / 21 Noyabr 2026
77
09:35 / 21 Noyabr 2026
69
09:33 / 21 Noyabr 2026
80
09:03 / 21 Noyabr 2026
84
00:12 / 21 Noyabr 2026
177
23:31 / 20 Noyabr 2026
175
23:23 / 20 Noyabr 2026
176
23:06 / 20 Noyabr 2026
189
22:45 / 20 Noyabr 2026
169
22:35 / 20 Noyabr 2026
184
22:22 / 20 Noyabr 2026
196
22:01 / 20 Noyabr 2026
187
21:52 / 20 Noyabr 2026
186
21:48 / 20 Noyabr 2026
181
21:21 / 20 Noyabr 2026
185
20:50 / 20 Noyabr 2026
242
20:40 / 20 Noyabr 2026
345
20:33 / 20 Noyabr 2026
189
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.