İki xalaqızının DƏHŞƏTLİ QƏTLİNİN TƏFƏRRÜATI - VİDEO
13 Aprel 2026, 18:29
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
586
08.01.2020, 15:32
"Əgər bu cinayətin arxasından kənd sakini çıxarsa, onun bütün nəsil və nəcabətini kürüyüb kənddən çıxardacağıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Dondar Quşçu kəndininin sabiq bələdiyyəsi Hicran Vəliyeva 10 yaşlı Nərmin Quliyevanın öldürülüb, sonra isə yandırılmasından danışarkən deyib. Onun sözlərinə görə, hazırda Dondar Quşçu kəndi şokdadır:
"Nərmin bizim kəndin sakinidir. Hadisə balaca bir kənddə baş verib. Qız itkin düşəndən sonra hüquq-mühafizə orqanlarına məlumat verilib. Uşağı tapmaq olardı. Niyə tapmadılar? Evlər qarış-qarış gəzilməliydi. Şübhəli adamları polis şöbəsinə aparıb məlumat əldə etməliydilər. Uşağı hadisə yerinə sürüyüb atıblar. Nərminin ailəsini tanıyıram. Mən bələdiyyə sədri işləyəndə üzünü cıran nənəsi gəldi ki, bəs dolana bilmirəm, mənə torpaq sahəsi ver. Mən də onlar üçün torpaq sahəsi ayırdım. Həmin vaxt bunlar kirayədə yaşayırdı. Nənə ev tikib qızı və nəvələri ilə həmin evə daşındı. Nərminin özündən başqa iki bacısı var. Atası fəhlədir, iradəcə zəif adamdır, içki içir. Anası da kafedə işləyir, səhər çıxıb axşam gəlir. Bu hadisənin baş vermə səbəbi onun ailəsinin kənardan zəif görünməsidir. Qız pis adama rast düşüb. Düşünürəm ki, qızı zorlayıblar. Ya həmin anda ölüb, ya da pis vəziyyətə düşüb. Cinayətkar isə izi itirmək məqsədi ilə onu yandırıb”.
Həmçinin oxuyun
Hicran Vəliyeva bildirib ki, hadisəni kənd sakini İbrahim müəllimin oğlu görüb:
"Baxıb ki, nəsə yanır. Yaxınlaşıb sondürüblər. Həmin oğlanın psixoloji problemləri var. Hazırda hüquq-mühafizə orqanları onu saxlayıb. Amma bununla belə araşdıma gedir. Bütün kənd ayaq üstədir”.
23:19 / 13 Aprel 2026
7
23:09 / 13 Aprel 2026
46
22:58 / 13 Aprel 2026
36
22:52 / 13 Aprel 2026
137
22:34 / 13 Aprel 2026
235
22:32 / 13 Aprel 2026
69
22:30 / 13 Aprel 2026
217
22:08 / 13 Aprel 2026
320
22:02 / 13 Aprel 2026
64
21:51 / 13 Aprel 2026
432
21:39 / 13 Aprel 2026
68
21:35 / 13 Aprel 2026
163
21:19 / 13 Aprel 2026
78
21:18 / 13 Aprel 2026
154
21:11 / 13 Aprel 2026
109
21:07 / 13 Aprel 2026
127
20:57 / 13 Aprel 2026
70
20:43 / 13 Aprel 2026
85
20:39 / 13 Aprel 2026
76
20:36 / 13 Aprel 2026
98
20:21 / 13 Aprel 2026
278
20:19 / 13 Aprel 2026
214
20:10 / 13 Aprel 2026
1286
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.