Ağlasığmaz fırıldaqları ilə məşhurlaşan “polkovnik”in - Taleyi necə oldu?
27 Yanvar 2026, 14:56
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
506
08.01.2020, 13:23
Bakı Apelyasiya Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə mərhum Elina Hacıyevanın nümayəndəsi Sevinc Əliyeva çıxış edərək Səbail rayon Məhkəməsinin qərarından narazı olduqlarını bildirib: "Məhkəmənin hökmündən qismən narazıyıq. Məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayət əməlini sübuta yetirdi. Lakin Sevinc Abbasovaya verilən cəza yüngül oldu, onun cəzası ağırlaşdırılmalıdır. Onun barəsində həbsli cəza verilməlidir".
S.Əliyeva həmçinin təqsirləndirilən şəxsə və Təhsil Nazirliyinə qarşı qaldırdıqları 100 min manatlıq mülki iddianın təmin edilməsini istəyib.
Elina Hacıyevanın anası Sevil Hüseynova isə çıxış edərək Sevinc Abbasovaya qarşı daha ağır cəza verilməsini istəyib: "Sizdən xahiş edirəm ki, qızımın qanı yerdə qalmasın".
Həmçinin oxuyun
Təqsirləndirilən Sevinc Abbasovanın vəkili Sadiq Bağırov bildirib ki, zərərçəkmiş şəxsin verdiyi apelyasiya şikayət təmin edilməməlidir. O, müvəkkili barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Sevinc Abbasova çıxış edərək məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Prosesdə çıxış edən prokuror isə müdafiə tərəfinin verdiyi şikayətin təmin edilməməsini istəyib. O zərərçəkmiş şəxsin verdiyi şikayətdə cəzanın ağırlaşdırılması ilə bağlı hissəsinə etiraz etməyib.
Məhkəmədə qərar qəbul edilib.
Qərara əsasən birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Sevinc Abbasova ev dustaqlığında olduğu müddət nəzərə alınmaqla 2 il 2 ay 14 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. S.Abbasovaya saat 23:00-dan 07:00-a qədər yaşadığı evdən çıxmaq qadağan olunub. O, elektron qolbaq taxacaq. Həm təqsirləndirilən şəxs, həm də zərərçəkmiş tərəf birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
15:12 / 27 Yanvar 2026
163
15:08 / 27 Yanvar 2026
24
15:03 / 27 Yanvar 2026
23
14:58 / 27 Yanvar 2026
83
14:56 / 27 Yanvar 2026
30
14:49 / 27 Yanvar 2026
44
14:42 / 27 Yanvar 2026
153
14:15 / 27 Yanvar 2026
45
13:58 / 27 Yanvar 2026
655
13:49 / 27 Yanvar 2026
79
13:43 / 27 Yanvar 2026
147
13:38 / 27 Yanvar 2026
75
13:32 / 27 Yanvar 2026
60
13:21 / 27 Yanvar 2026
321
13:09 / 27 Yanvar 2026
1131
13:03 / 27 Yanvar 2026
75
12:56 / 27 Yanvar 2026
564
12:48 / 27 Yanvar 2026
92
12:40 / 27 Yanvar 2026
60
12:23 / 27 Yanvar 2026
387
12:07 / 27 Yanvar 2026
291
12:00 / 27 Yanvar 2026
88
11:45 / 27 Yanvar 2026
1152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.