Mikroavtobus AŞDI-Şərqiyyə Məmmədova həyatını itirdi
07 Noyabr 2026, 15:23
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
307
18.10.2026, 16:05
Azərbaycanda aliment borcunu ödəməyən daha bir ata həbs olunub.
Oxu24.com Modern.az-a istinadən xəbər verir ki, 36 yaşlı Qəbələ rayon sakini Müşfiq Cəfərov (şərti adla) 18 min manatdan çox aliment ödənişini yerinə yetirmədiyi üçün barəsində cinayət işi açılıb.
Məlumata görə, o, 2012-ci ildə zərərçəkənlə rəsmi nikaha girib. 2013 və 2015-ci illərdə cütlüyün iki övladı olub. Lakin münasibətləri yaxşı olmadığı üçün 2017-ci ildə boşanıblar.
Həmin vaxt əvvəlcə Yasamal rayon Məhkəməsi Müşfiq Cəfərova hər uşağa 136 manat olmaqla, ayda ümumi 272 manat ödəniş etməyi tapşırıb. 2024-cü ildə isə həmin məhkəmə hər uşaq üçün məbləği 235 manata artırıb. Bununla da Müşfiqin aylıq aliment ödənişi cəmi 470 manata qalxıb.
Amma o, qeyd olunan ödənişləri vaxtında və tam yerinə yetirmədiyi üçün üç dəfə inzibati qaydada 10, 20 və 25 gün müddətinə həbs edilib. Sonradan ona məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilsə də, bu da əhəmiyyətsiz olub.
Nəticədə M.Cəfərov barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, ifadəsində borcu tam verə bilməyəcəyini, lakin hissə-hissə ödəyəcəyini bildirib. Zərərçəkən qadın isə indiyədək vaxtlı-vaxtında və tam aliment ödənişləri ala bilmədiyi üçün övladlarını təkbaşına böyütdüyünü deyib. Onun sözlərinə görə, Müşfiq son dəfə 2021-ci ildə poçt vasitəsilə ona 257 manat pul göndərib.
Məhkəmənin qərarı ilə Müşfiq Cəfərov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən ay paytaxtın Sabunçu rayonunda övladları üçün aliment ödəməyən 42 yaşlı kişi həbs olunmuşdu.
Həmçinin oxuyun
18:22 / 07 Noyabr 2026
24
18:12 / 07 Noyabr 2026
40
18:08 / 07 Noyabr 2026
44
17:52 / 07 Noyabr 2026
322
17:37 / 07 Noyabr 2026
140
17:34 / 07 Noyabr 2026
606
17:32 / 07 Noyabr 2026
96
17:30 / 07 Noyabr 2026
88
16:55 / 07 Noyabr 2026
87
16:31 / 07 Noyabr 2026
105
15:55 / 07 Noyabr 2026
113
15:23 / 07 Noyabr 2026
572
15:17 / 07 Noyabr 2026
153
15:02 / 07 Noyabr 2026
294
14:52 / 07 Noyabr 2026
656
14:47 / 07 Noyabr 2026
205
14:41 / 07 Noyabr 2026
307
14:36 / 07 Noyabr 2026
148
14:18 / 07 Noyabr 2026
250
13:57 / 07 Noyabr 2026
583
13:41 / 07 Noyabr 2026
1222
13:27 / 07 Noyabr 2026
606
13:12 / 07 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.