Eyyubovun rəis olduğu qurumda əməliyyat: Vəzifəli şəxs TUTULDU
02 Noyabr 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
244
22.09.2026, 14:55
"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşı barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Oxu24.com APA-ya istinadən xəbər verir ki, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər məhkəmədən onlara bəraət verilməsini istəyiblər.
Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin verdikləri apellyasiya şikayətləri təmin edilməyib, hökm qüvvədə saxlanılıb.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Ceyhun Salmanova 3 il 3 ay, Elşad Məhərrəmova 3 il 6 ay, Natiq Əliyevə isə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Onların cəzaları Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib.
Hər üç şəxs məhkəmə zalından azadlığa buraxılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.
22:09 / 02 Noyabr 2026
1
22:08 / 02 Noyabr 2026
19
22:06 / 02 Noyabr 2026
41
21:43 / 02 Noyabr 2026
875
21:39 / 02 Noyabr 2026
69
21:38 / 02 Noyabr 2026
32
21:30 / 02 Noyabr 2026
60
21:30 / 02 Noyabr 2026
84
21:19 / 02 Noyabr 2026
72
21:13 / 02 Noyabr 2026
70
21:13 / 02 Noyabr 2026
84
21:06 / 02 Noyabr 2026
173
21:01 / 02 Noyabr 2026
88
21:00 / 02 Noyabr 2026
108
20:47 / 02 Noyabr 2026
89
20:36 / 02 Noyabr 2026
172
20:34 / 02 Noyabr 2026
121
20:26 / 02 Noyabr 2026
1702
20:23 / 02 Noyabr 2026
101
20:22 / 02 Noyabr 2026
89
20:16 / 02 Noyabr 2026
191
20:11 / 02 Noyabr 2026
94
20:00 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.