Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
02 Noyabr 2026, 15:33
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
233
13.08.2026, 16:59
«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Əsgərov Ruslan Əli oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Unikal"a bildirilib ki, Samux rayon prokurorluğunda ibtidai istintaqı aparılan cinayət işi üzrə 1981-ci il təvəllüdlü Əsgərov Ruslan Əli oğlunun sifarişlə qəsdən adam öldürməni təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Ruslan Əsgərov Moldova Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
Qeyd edək ki, həmin cinayət işi üzrə daha əvvəl iki şəxs - Mehdiyev Elvin Qardaşəli oğlu (icraçı) və Yusifov Tural Ərəstun oğlu (köməkçi) barəsində ibtidai istintaq Samux rayon prokurorluğu tərəfindən yekunlaşdırılaraq cinayət işi baxılması üçün məhkəməyə göndərilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Mehdiyev 18 il, T.Yusifov isə 16 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər.
Xatırladaq ki, Ruslan Əsgərov Ukraynada yaşayıb və oradan Azərbaycana köçərək məskunlaşan iş adamı Aytəkin Hüseynovun qətlinin sifarişində ittiham edilir.
20:47 / 02 Noyabr 2026
27
20:36 / 02 Noyabr 2026
80
20:34 / 02 Noyabr 2026
60
20:26 / 02 Noyabr 2026
362
20:23 / 02 Noyabr 2026
64
20:22 / 02 Noyabr 2026
61
20:16 / 02 Noyabr 2026
104
20:11 / 02 Noyabr 2026
70
20:00 / 02 Noyabr 2026
75
19:56 / 02 Noyabr 2026
87
19:55 / 02 Noyabr 2026
162
19:44 / 02 Noyabr 2026
92
19:33 / 02 Noyabr 2026
88
19:27 / 02 Noyabr 2026
346
19:16 / 02 Noyabr 2026
78
19:15 / 02 Noyabr 2026
115
19:09 / 02 Noyabr 2026
87
19:06 / 02 Noyabr 2026
88
19:00 / 02 Noyabr 2026
209
18:58 / 02 Noyabr 2026
90
18:48 / 02 Noyabr 2026
91
18:44 / 02 Noyabr 2026
266
18:33 / 02 Noyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.