Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda əməliyyat keçirildi: saxlanılanlar var 

Bakıda əməliyyat keçirildi: saxlanılanlar var 

KRİMİNAL

84

22.04.2026, 22:50

Bakının Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlayanlar saxlanılıb.

 

Oxu24.com -un xəbərinə görə, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar.

 

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.

 

Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.

 

Araşdırmalar davam etdirilir.