Tovuzda hamilə bıçaqlanıb
13 Noyabr 2026, 17:07
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
759
04.03.2026, 10:56
Tanınmış aktrisa Xəyalə Quliyevaya qarşı keçmiş həyat yoldaşı məhkəmə iddiası qaldırıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Yusif Musayev məhkəməyə Xəyalə Quliyeva ilə birgə nikah dövründə əldə edilən əmlakların bölgüsü üçün müraciət edib.
Maraqlıdır ki, iddia ərizəsində Xəyalə Quliyevanın 2019-cu ildə “Maşın Şou” televiziya layihəsində udduğu “Nissan Kicks” markalı avtomobilin adı da keçir. Yusif Musayev bu avtomobilin üzərində bərabər payın müəyyən edilməsini istəyib.
Birinci instansiya məhkəməsi “Maşın Şou”dan qazanılan avtomobillə bağlı iddiaçının tələbini təmin edib. Xəyalə Quliyeva isə qərardan apellyasiya şikayəti verib.
Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, “Nissan Kicks” markalı avtomobil layihənin qalibi olduğu üçün ona hədiyyə kimi verilib. Bakı Apellyasiya Məhkəməsi isə şikayəti təmin etməyib və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb.
Məhkəmə belə qənaətə gəlib ki, həmin əmlak cavabdehə birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilib və bu əmlak
bağışlama kimi qəbul oluna bilməz.
Tərəflərin əmlak mübahisəsi Ali Məhkəməyə qədər davam edib. Lakin Xəyalə Quliyevanın kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, tərəflər arasında bağlanmış nikah 2024-cü ilin dekabrında məhkəmə qaydası ilə pozulub.
17:07 / 13 Noyabr 2026
1
16:59 / 13 Noyabr 2026
45
16:51 / 13 Noyabr 2026
63
16:37 / 13 Noyabr 2026
95
16:29 / 13 Noyabr 2026
65
16:08 / 13 Noyabr 2026
167
16:00 / 13 Noyabr 2026
81
15:42 / 13 Noyabr 2026
289
15:37 / 13 Noyabr 2026
88
15:30 / 13 Noyabr 2026
87
15:01 / 13 Noyabr 2026
97
14:59 / 13 Noyabr 2026
218
14:50 / 13 Noyabr 2026
112
14:46 / 13 Noyabr 2026
98
14:33 / 13 Noyabr 2026
105
14:24 / 13 Noyabr 2026
561
14:17 / 13 Noyabr 2026
463
14:12 / 13 Noyabr 2026
108
14:05 / 13 Noyabr 2026
202
14:00 / 13 Noyabr 2026
114
13:43 / 13 Noyabr 2026
232
13:41 / 13 Noyabr 2026
112
13:20 / 13 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.