Arvadını bıçaqlayan məhkəmə sədrinin oğlunun FOTOLARI
27 Yanvar 2026, 23:34
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
135
27.01.2026, 23:00
Daşkəsən rayonunda 2005-ci il təvəllüdlü Elnur Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1969-cu il təvəllüdlü Məmməd Əmrahovu qətlə yetirib.
Oxu24.com Demokrat.az-a istinadla bildirir ki, qətl hadisəsi 16 avqust 2023-cü ildə rayonunun Güneykənd kəndində baş verib. Elnur evinin yaxınlığında atası Şahid Quliyevə məxsus biçənək sahəsində ot biçdiyi zaman əvvəllər tanıdığı və onunla eyni kənddə yaşayan Məmmədin otardığı iri buynuzlu heyvanları həmin torpaq sahəsinə saldığını görüb. Ona bu barədə iradını bildirməsi səbəbindən aralarında sözlü mübahisə baş verib.
Elnur Məmmədin onun ünvanına nalayiq ifadələr işlətməsini özünə təhqir kimi qəbul edib və hiddətlənərək onu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlib. O, niyyətini həyata keçirməkdən ötrü həmin tarixdə saat təxminən 11 radələrində yaşadığı evinə gəlib və xəncəri götürüb. Daha sonra cinayətkar niyyətini həyata keçirmək üçün kənddən keçən adsız çayın sahilində olan dərənin aşağı hissəsinə gəlib və orada Məmmədə zərbələr vurub. Onun almış olduğu xəsarətlərdən ölə biləcəyini zənn edib və hadisə yerini qaçıb. Məmməd xəsarətlərlə Gəncə şəhərində yerləşən 3 saylı xəstəxanaya gətirilib. Ona ixtisaslı tibbi yardımlar göstərilməsinə baxmayaraq ölüb.
Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, atası Şahid hazırda heç bir yerdə işləmir, əvvəl Daşkəsən rayonu, Qabaqtəpə kənd icra nümayəndəliyində məsul vəzifədə işləyib: “Anam Güneykənd tam orta məktəbində fizika fənni üzrə müəllimə, qardaşım Azər Gəncə şəhərində tikinti materialları dükanında işləyir. Əvvəllər məhkumluğum olmayıb. Gəncə Dövlət Universitetində fiziki tərbiyə və çağırışa qədərki hazırlıq ixtisası üzrə ikinci kurs tələbəsiyəm. Məmmədi tanıyıram, həmkəndlimdir. Həmçinin atam Məmmədin kirvəsi olub. Məmmədlə həmkəndli kimi münasibətim olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin avqustun 16-da, saat 10 radələrində yaşadığı evdən otbiçən aləti götürüb və ot biçmək üçün kəndi ərazisində yerləşən, atasına məxsus, yaşadığı evdən təxminən 100 metr uzaqlıqda olan torpaq sahəsinə gedib: “Həmin gün saat 10:40-da benzinlə işləyən otbiçən alətlə torpaq sahəsində ot biçən zaman Məmməd otardığı təxminən 15 baş iri buynuzlu heyvanları torpaq sahəmizə saldığını gördüm. Bizim torpaq sahəmizin ətrafı 5-7 voltluq elektrik cərəyanı qoşulmuş naqil ilə hasarlanıb. Bu zaman Məmməddən nə üçün heyvanlarını ot biçdiyim torpaq sahəsinə doldurduğunu soruşdum. O, “heyvanlar ac olduğunu, qoy heyvanlar sənin yerini yesin” ifadəsini işlətdi. Məmmədə heyvanların boş ərazidə otlamasını, ot biçdiyi torpaq sahəsində otlamamasını dedim. Sonra heyvanları torpaq sahəsindən çıxarmağa başladım. Məmməd “var-yoxuma” nalayiq söyüşlər söyərək heyvanları torpaq sahəsindən çıxarmayacağını dedi. Bundan sonra Məmmədin ünvanıma nalayiq söyüşlər söydüyünə görə bərk əsəbləşdim. Onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Məmmədə heç bir cavab vermədən bıçaq götürmək üçün qaçaraq yaşadığım evə getdim. Evə daxil olan zaman heç kimin olmadığını gördüm. Mətbəxdəki stolun üzərində xəncəri götürdüm və həmin xəncəri şalvarımın bel hissəsinə saldım, qaçaraq torpaq sahəsinə getdim”.
Həmçinin oxuyun
Elnur bildirib ki, həmin gün saat 11 radələrində Məmmədin torpaq sahəsinin bayır tərəfində yerdə oturduğunu və əlində bir ədəd ağac parçasının olduğunu görüb: “Məmmədin torpaq sahəsinə saldığı iri buynuzlu heyvanları isə torpaq sahəsinin bayır tərəfində otlayıb. Məmmədin yanına çatmağıma təxminən 50 metr qalmış ondan heyvanları torpaq sahəsinə doldurduqdan sonra nə üçün ünvanıma nalayiq söyüşlər söydüyünü soruşdum. Məmməd isə yaxşı etdiyini deyərək məni yanına çağırdı. Həmin vaxt yerdə oturaq vəziyyətdə olan Məmməd əlində olan ağac parçasını yerə vururdu. Məmmədə tərəf getməkdə məqsədim üzərimdə olan xəncərlə ona ağır xəsarətlər yetirmək olub. Məmmədə çatmağıma təxminən 5 metr məsafə qalmış o, ayağa qalxdı. Hər iki əli ilə tutduğu ağac parçasını havaya qaldıraraq məni vurmaq istədi. Mən cəld hərəkət edərək qarın nahiyyəmdə gizlətdiyim xəncəri çıxararaq onun sol qoltuqaltı nahiyəsinə zərbə endirdim. Xəncərlə Məmmədin qoltuq altı nahiyəsinə vurduqda xəncərin tam olaraq onun daxilinə girdiyini hiss etdim. Xəncəri Məmmədin daxilindən çıxaran zaman onun üzərinin tamamilə qan olduğunu gördüm. Məmməd hər iki əli ilə mənim hər iki qol nahiyyəmdən tutaraq saxladı. Məmmədin əlindən çıxmaq üçün sağa-sola çırpındım. Bu zaman həmin vaxt sağ əlində olan xəncər ola bilsin ki, Məmmədin sol qol nahiyəsini kəsib. Məmmədin əlindən çıxdım və bıçağı hadisə yerinə ataraq yaşadığım evə getdim. Yaşadığım evə daxil oldum, hadisə zamanı əynimdə olan şalvar və köynəyi dəyişdim”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Daşkəsən rayonu, Qabaqtəpə kəndi ərazisində yerləşən polis məntəqəsinə doğru hərəkət edib: “Yolda olan zaman Daşkəsən rayonu, Qabaqtəpə kəndi üzrə polis sahə rəisi mənə zəng edərək harada olduğumu soruşdu. Ona atam ilə danışdıqdan sonra Qabaqtəpə kəndində yerləşən polis məntəqəsinə gedəcəyimi deyərək telefon zəngini sonlandırdım. Həmin vaxtı atam zəng edərək polis əməkdaşlarının məni axtardıqlarını, nə üçün Məmmədlə dava-dalaş etdiyimi soruşdu. Atama polis məntəqəsinə gedəcəyimi, orada Məmməd ilə nə üçün dava-dalaş etdiyimi deyəcəyimi söylədim. Bir neçə dəqiqə sonra atam təkrar zəng edərək harada olduğumu soruşdu. Ona polis məntəqəsinə getdiyimi dedim. Polis məntəqəsinin qarşısına çatanda atam ora gəldi. Birlikdə polis şöbəsinə getdik”.
İş üzrə zərərçəkmiş Məmməd Əmrahovun hüquqi varisi qismində tanınan bacısının sözlərinə görə, hadisə baş verən vaxt Gəncə şəhərində olub, həmin yerdə olmayıb: “Hadisə baş verən vaxtadək Elnur bir neçə dəfə qardaşım Məmmədi öldürəcəyini bildirib. Həmçinin bununla bağlı Məmməd hüquq-mühafizə orqanlarına şikayət də edib. Hadisə baş verən gün Məmməd mənə zəng etdi. Öz həyətlərində yatdığı yerdə Elnurun onu xəncərlə vurduğunu bildirdi. Hadisə barədə məlumat aldıqdan sonra dilim tutuldu və məni xəstəxanaya apardılar. Daha sonra hadisə yerinə getdim və hadisənin öz çəpərimizin yanında baş verdiyinin şahidi oldum. Həmçinin Məmməd xəsarət aldıqdan sonra ona yardım göstərilməsi üçün təcili yardım çağırılsa da, həkimlər çağırışa gec gəlib. Məmmədə ilkin tibbi yardım gec göstərilib”.
Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Elnur 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində daha yüngül cəzanın verilməsini istəyib.
Bu şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayəti araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Qərara görə, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilən şikayət təmin edilməyib.
Hökm cəza hissəsində dəyişdirilmədən saxlanılıb.
01:58 / 28 Yanvar 2026
17
01:01 / 28 Yanvar 2026
40
00:26 / 28 Yanvar 2026
55
00:16 / 28 Yanvar 2026
50
23:50 / 27 Yanvar 2026
392
23:49 / 27 Yanvar 2026
131
23:34 / 27 Yanvar 2026
185
23:19 / 27 Yanvar 2026
67
23:05 / 27 Yanvar 2026
161
23:00 / 27 Yanvar 2026
98
22:35 / 27 Yanvar 2026
58
22:30 / 27 Yanvar 2026
123
22:15 / 27 Yanvar 2026
168
22:08 / 27 Yanvar 2026
651
21:54 / 27 Yanvar 2026
108
21:48 / 27 Yanvar 2026
69
21:30 / 27 Yanvar 2026
140
21:18 / 27 Yanvar 2026
2642
21:10 / 27 Yanvar 2026
123
20:57 / 27 Yanvar 2026
82
20:49 / 27 Yanvar 2026
144
20:48 / 27 Yanvar 2026
97
20:44 / 27 Yanvar 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.