Azərbaycanda güclü partlayış: Ölən var
15 Noyabr 2026, 17:53
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
598
29.11.2025, 21:59
Artıq müəyyən müddətdir ki, aparılan ictimai müzakirələr əsasında formalaşmış qəti fikirlər bir daha cəmiyyətin diqqətini Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planına və burada yer almış Əli Kərimli kimilərə yönləndirir. DTX çərçivəsində həyata keçirilən araşdırmalar artıq real faktlar əsasında nəticələr verir ki, bununla da ifşa edilmiş dövlət çevrilişi planının iştirakçıları barədə hüquqi ölçülər götürülür.
Oxu24.com xəbər verir ki,bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib. Onun sözlərinə görə AXCP sədri Əli Kərimlinin, onun evinə demək olar, hər gün gəlib-gedən, alış-verişini belə edən partiyanın rəyasət heyətinin üzvü Məmməd İbrahimin evində axtarışların aparılması sözügedən ifşa prosesinin məntiqi nəticəsidir.
V.Rəhimzadə bildirib ki, ifşa prosesində ortaya çıxan faktlar istər Ramiz Mehdiyevin, istərsə də AXCP sədri Əli Kərimlinin fəaliyyətlərinin bütün dövrlərində Rusiyanın xüsusi xidmət orqanlarının planlarında yer aldıqlarını sübuta yetirir:
"Əli Kərimlinin hələ sovet illərindən "KQB"nin "Malış" təxəllüslü agenti rolunda bir sıra siyasi təxribatlarda yer alması heç kəsə sirr deyil. Eləcə də birbaşa Rusiyanın "Milli Şura" adlı layihəsinin də Əli Kərimlinin nəzarətinə verilməsi təsadüfi deyil. Eyni zamanda, bu fikirlər birmənalı şəkildə Ramiz Mehdiyevə də aiddir. Onun müxtəlif dönəmlərdə dəfələrlə rusiyalı məmurlarla gizli ünsiyyət qurması, xüsusilə dövlət əhəmiyyətli proseslərdə Rusiya ilə məsləhətləşləmələr aparması, AMEA-da işləyərkən belə Moskvanın siyasi direktivləri ilə hərəkət etməsi Ramiz Mehdiyevin həyat və fəaliyyətində "KQB" və "QRU" izini açıq şəkildə nümayiş etdirir. Bütün bunlar bir daha Ramiz Mehdiyevin Əli Kərimli ilə münasibətlərinə işıq tutur, onların uzun illər ərzində formalaşmış və siyasi məqsədləri bəlli olan latent əlaqələrinin detallarını ortaya çıxarır".
Deputatın fikrincə, ictimaiyyət də görür ki, Əli Kərimli bütün çıxışlarında Ramiz Mehdiyevi müdafiə edib:
"O, özünün və ağasının Rusiyanın adamı olmasına baxmayaraq, Azərbaycan hakimiyyətini "rusiyapərəst" olmaqda ittiham edib, mitinq, aksiya ilə pərdələnmiş oyunlar vasitəsilə siyasi sabotajla məşğul olub. Maraqlısı da odur ki, görəsən niyə AXCP və qondarma "Milli Şura" Ramiz Mehdiyevin vəzifəsindən azad edilməsindən sonra bir dəfə də olsa, mitinq və aksiya keçirə bilməyib?".
"DTX-nın Əli Kərimlinin və onun müşavirinin evində axtarışlar aparması AXCP sədrinin dövlət çevrilişinə cəhd planlarındakı yeri və rolu barədə ciddi sübutlara malik olduğunu göstərir" - deyən V.Rəhimzadə əlavə edib ki, Rusiyanın çirkin planının ifşası fonunda Ramiz Mehdiyev-AXCP-"Milli Şura" üçbucağının da xəyanətləri artıq sübuta yetirilməkdədir:
"DTX dövlət çevrilişinə cəhd planında yalnız Ramiz Mehdiyevin, onun əlaltıları olan AXCP və "Milli Şura" ilə oyunlarını ifşa etmir, eyni zamanda, Rusiyadakı bəzi dairələrin perspektivdə Azərbaycanda təxribat, siyasi qarşıdurma törədilməsi, ictimai sabitliyin pozulması planlarında Əli Kərimlidən istifadə imkanlarını da məhdudlaşdırmaqdadır. Daha doğrusu, Rusiyanın Ukrayna ilə müharibə bitdikdən sonra Qafqaz üzərində təsir dairəsini yenidən bərpa etmək cəhdləri çərçivəsində Ramiz Mehdiyevə bağlı qüvvələrdən istifadə edəcəyi, qeyd olunan prosesdə radikal davranışları ilə daim seçilən, Azərbaycanın dövlət maraqlarına qarşı hər zaman xəyanətkar mövqedə olan AXCP-nin öndə gedəcəyi də istisna edilmir. Qeyd olunan səbəbdən dövlətə, Vətənə xəyanət yolunu tutan qüvvələrin vaxtında zərərsizləşdirilməsi dövlət təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır".
Deputat onu da əlavə edib ki, dövlətə və xalqa xəyanət yolunu tutmuş AXCP kimi partiyaların qapadılması məsələsi də birmənalı şəkildə gündəmdə olmalıdır:
"Nəinki xalqın, hətta öz üzvlərinin belə maraqları üçün deyil, birbaşa Ramiz Mehdiyevin, o cümlədən Rusiyanın mənafeyi naminə çalışan belə siyasi təşkilatlar Azərbaycanda mövcud ola bilməzlər".
20:44 / 15 Noyabr 2026
26
20:39 / 15 Noyabr 2026
38
20:30 / 15 Noyabr 2026
67
20:09 / 15 Noyabr 2026
249
19:51 / 15 Noyabr 2026
265
19:37 / 15 Noyabr 2026
83
19:17 / 15 Noyabr 2026
92
19:09 / 15 Noyabr 2026
90
18:40 / 15 Noyabr 2026
105
18:05 / 15 Noyabr 2026
141
17:53 / 15 Noyabr 2026
1775
17:43 / 15 Noyabr 2026
731
17:16 / 15 Noyabr 2026
617
17:12 / 15 Noyabr 2026
3295
17:09 / 15 Noyabr 2026
117
15:50 / 15 Noyabr 2026
130
15:25 / 15 Noyabr 2026
165
15:15 / 15 Noyabr 2026
148
14:47 / 15 Noyabr 2026
212
14:34 / 15 Noyabr 2026
415
14:25 / 15 Noyabr 2026
171
14:19 / 15 Noyabr 2026
143
14:02 / 15 Noyabr 2026
576
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.