Qaynar xətt:

(+99450) 247 90 86

"Üzü üstə yatıb ölmüşdü" - Nəvəsinin andiçməsindən sonra ölən kişi ilə bağlı YENİ XƏBƏR

\"Üzü üstə yatıb ölmüşdü\" - Nəvəsinin andiçməsindən sonra ölən kişi ilə bağlı YENİ XƏBƏR

KRİMİNAL

116

14.11.2026, 18:21

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb.

Oxu24.com  xəbər verir ki,  onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun Hacıməlik kəndi istiqamətindəki boş sahədə aşkar edilib.

İlkin ehtimala görə, M.Hüseynov Gəncədə yerləşən hərbi hissələrdən birində nəvəsinin andiçmə mərasimindən sonra insanların sıx cəmləşdiyi yeri tərk edərək azıb.

Daha sonra Gəncə şəhərindən çıxaraq Göygöl rayonu istiqamətində hərəkət edib və Bakı-Qazax yoluna doğru gedib.

Boş sahədə olarkən – magistraldan bir neçə kilometr aralıda 84 yaşlı kişinin yıxıldığı, aclıq və soyuqdan öldüyü ehtimal edilir.

Real TV hadisənin bəzi detalları barədə məlumat yayıb.

Ətraflı ideo materialda: