DİN əməliyyat keçirib:Həbs olunanlar var
06 Oktyabr 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
3953
29.11.2025, 17:03
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb.
Oxu24.com xəbər verir ki, axtarış Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilib.
Qeyd edək ki, bir qədər əvvəl DTX AXCP sədri Əli Kərimlinin də evində axtarış aparıb.
Axtarış dövlətə xəyanət və digər xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi üzrə aparılan istintaqla bağlıdır.
Dövlət Təhlükəsizlik Xidmətinin bu gün keçirdiyi axtarış əməliyyatları Ramiz Mehdiyev işinin davamı olmaqla bərabər, həm də qabaqlayıcı tədbir kimi xarakterizə olunur.
Şübhəsiz ki, qonşu Rusiyanın Qafqazla bağlı maraqları daim aktual olub. Ancaq bir fakt da var ki, bu gün Rusiyanın diqqəti əsasən Ukrayna cəbhəsinə fokuslanıb. Geosiyasi proseslər göstərir ki, Rusiya-Ukrayna müharibəsi artıq, bəlkə də, son mərhələsini yaşayır. İstənilən halda bu problemin həlli yaxın perspektivdə Rusiya üçün hər zaman olduğundan daha yaxındır.
Ukrayna cəbhəsindəki fasilə və ya hansısa atəşkəs şimal qonşumuzun maraqlarının ilk növbədə Cənubi Qafqaza yönəlməsinə səbəb olacaq. Belə olan halda isə regionun lider ölkəsi, yeni reallıqlar yaratmış Azərbaycan ilk hədəf ola bilərdi.
Proseslərin gedişinin məntiqi nəticəsi də elə məhz Mehdiyev işi ilə bağlıdır. Ölkəni daxildən qarışdırmaq, dövlət çevrilişinə cəhd... Bütün bunlarla artıq Azərbaycan ictimaiyyəti Ramiz Mehdiyevin cinayət işi üzrə ortaya çıxan faktlar işığında tanışdır. Elə ictimaiyyətin Əli Kərimlinin AXCP-si isə bağlı bildiyi məqamlar da bu partiyanın sözügedən maraqlar üçün istifadə olunduğuna şübhə yeri qoymur.
Əgər Ramiz Mehdiyevin planları ifşa edilməsə və "boz kardinal" məqsədinə çatsaydı, şübhəsiz ki, bu xəyanətin hərəkətverici qüvvəsi daim radikal davranışları ilə seçilən, həmişə Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edən AXCP olacaqdı.
Bu baxımdan DTX-nin bu gün həyata keçirdiyi önləyici tədbirlərin sözügedən xəyanət planlarını beşiyində boğmaq üçün vaxtında atılmış addımlar olduğunu vurğulamaq və ictimaiyyətin diqqətinə çatdırmaq gərəkdir. Çünki Ramiz Mehdiyevin çevriliş planları və bu yolda öz dövlətinin maraqlarını Rusiyaya satmasının qarşısını almaq nə qədər önəmli idisə, prosesdə AXCP-nin vaxtında zərərsizləşdirilməsi də dövlət təhlükəsizliyimiz üçün bir o qədər vacib məqam sayılmalıdır.
Əli Kərimli ilə bağlı isə qeyd olunmalıdır ki, axtarış əməliyyatı bir çox faktları ortaya çıxara bilər. Yekun qərar yalnız faktların araşdırılmasından sonra veriləcək olsa da, perspektiv və keçmiş AXCP və onun başında duran şəxslər üçün aydınlıq heç nə vəd etmir.
Mənbə: Oxu.az
21:28 / 06 Oktyabr 2026
59
21:26 / 06 Oktyabr 2026
27
21:14 / 06 Oktyabr 2026
32
21:07 / 06 Oktyabr 2026
50
21:05 / 06 Oktyabr 2026
81
21:05 / 06 Oktyabr 2026
129
21:01 / 06 Oktyabr 2026
61
20:55 / 06 Oktyabr 2026
55
20:42 / 06 Oktyabr 2026
63
20:38 / 06 Oktyabr 2026
73
20:33 / 06 Oktyabr 2026
183
20:28 / 06 Oktyabr 2026
62
20:19 / 06 Oktyabr 2026
77
20:13 / 06 Oktyabr 2026
136
20:09 / 06 Oktyabr 2026
69
19:56 / 06 Oktyabr 2026
65
19:51 / 06 Oktyabr 2026
63
19:49 / 06 Oktyabr 2026
66
19:44 / 06 Oktyabr 2026
73
19:37 / 06 Oktyabr 2026
590
19:36 / 06 Oktyabr 2026
64
19:35 / 06 Oktyabr 2026
144
19:27 / 06 Oktyabr 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.