DİN əməliyyat keçirib:Həbs olunanlar var
06 Oktyabr 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1080
27.11.2025, 21:05
Noyabrın 21-də Binəqədi rayonu ərazisində yerləşən "Lake Hotel"də elektrik cərəyanı vurması nəticəsində həmin obyektdə çalışan 4 nəfər həyatını itirib.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Lake Hotel"in icarədarı Ağasif Verdiyev normativ aktların tələblərinə zidd olaraq hotelin ərazisində təsərrüfat işləri həyata keçirib və nəticədə əmək mühafizəsi qaydaları pozulub.
Buna görə də A.Verdiyev şübhəli şəxs qismində saxlanılıb, daha sonra isə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisəyə səbəb isə hotelin pəncərələrinin silinməsi zamanı hündürlüyü 5.75 metr olan qurğudan istifadə olunması və bu zaman həmin yerdən hündürlüyü 5.53 metr olan 35 kV-luq yüksəkgərginlikli hava xəttinin keçməsinin nəzərə alınmaması olub.
Belə ki, qurğu daşınarkən, xəttə toxunub və həmin vaxt orada çalışan 4 nəfəri cərəyan vurub.
Ofisiantların ölümünə səbəb olan elektrik xətti Mehdiyevlərin bağına gedirmiş
Hazırkı normalara əsasən, 35 kV-luq hava xətti ən azı yerdən 7 metr hündürlükdə aparılmalıdır.
Məsələnin maraqlı tərəfi isə odur ki, həmin 35 kV-luq hava xətti 2009-cu ildə Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda barəsində cinayət işi qaldırılmış Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevaya məxsus Novxanı qəsəbəsində yerləşən kənd təsərrüfatı sahəsi üçün çəkilib.
Qalina Mehdiyevanın adına olan həmin 102 hektarlıq torpaq sahəsinin 60 sotunda icarə əsasında Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyevə məxsus "Friland Vineyards" şərab zavodu yerləşib.
O da bəlli olub ki, 2016-cı ildə Aytac Telman qızı Mehdiyevanın adına şərab istehsal edən "Mərəndə" MMC təsis edilib, 2017-ci ildə isə "Friland Vineyards" həmin müəssisəni alıb. 2022-ci ildə "Mərəndə" MMC-nin təsisçisi dəyişdirilsə də, faktiki olaraq həmin hüquqi şəxs və şərab zavodu Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevə məxsusdur.
Hazırda da qeyd olunan şərab zavodu, onun yerləşdiyi torpaq sahəsi və üzüm bağları həmin 35 kV-luq hava xəttindən qidalanır.
Göründüyü kimi, sabiq PA rəhbəri və onun yaxınları böyük biznesə sahiblik edirlər və istər bu biznesin yaradılmasında, istərsə də onun fəaliyyətinin təmin edilməsində qanun pozuntularına yol verilib. Bu pozuntular sonda 4 nəfərin həyatını itirməsinə səbəb olub.
Məsələ ilə əlaqədar Cinayət Məcəlləsinin 162.3-cü maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.
00:32 / 07 Oktyabr 2026
127
00:10 / 07 Oktyabr 2026
46
23:58 / 06 Oktyabr 2026
49
23:41 / 06 Oktyabr 2026
78
23:27 / 06 Oktyabr 2026
115
23:10 / 06 Oktyabr 2026
74
22:57 / 06 Oktyabr 2026
78
22:50 / 06 Oktyabr 2026
81
22:38 / 06 Oktyabr 2026
94
22:35 / 06 Oktyabr 2026
110
22:30 / 06 Oktyabr 2026
211
22:28 / 06 Oktyabr 2026
83
22:25 / 06 Oktyabr 2026
93
22:22 / 06 Oktyabr 2026
3293
22:17 / 06 Oktyabr 2026
1169
22:12 / 06 Oktyabr 2026
65
22:10 / 06 Oktyabr 2026
351
22:10 / 06 Oktyabr 2026
70
21:42 / 06 Oktyabr 2026
73
21:28 / 06 Oktyabr 2026
392
21:26 / 06 Oktyabr 2026
170
21:14 / 06 Oktyabr 2026
80
21:07 / 06 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.