Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda tanınmış şair həbs edildi

2019-06/1560342414_5c7566140f1c5_hebs_0254.jpg

KRİMİNAL

1168

12.06.2019, 16:27

\"\" 
Tovuz Rayon Məhkəməsi şair-yazıçı Murad Köhnəqalanı həbs edib. Oxu24.COM xəbər verir ki, bu barədə yazıçının həyat yoldaşı Şəlalə Göytürk məlumat yayıb. O bildirib ki, M.Köhnəqala keçmiş həyat yoldaşı və qızının aliment tələbini ödəmədiyi üçün həbs edilib. “Yaşları 20-dən yuxarı, əqli və fiziki qabiliyyətləri olan ÜÇ adam - Muradın keçmiş həyat yoldaşı və qızının tələbi ilə məhkəmə bu cür ədalətsizliyə qərar verib. Evsiz-eşiksiz, işsiz, əlində olan mülkiyyəti heç bir tərəddüdsüz keçmiş ailəsinə verən adamdan 12 min manat pul tələb edirlər. Tanıyanlar bilir, Murad son tikəsini belə balalarından saxlamaz. Bu nə vəhşilikdi belə?”, - Ş.Göytürk bildirib. \"\"