Qaynar xətt:

(+99450) 247 90 86

Avrasiya Hospitalında faciə - Tələbəsinin əməliyyat etdiyi həkim öldü

2019-06/1560340643_handler.jpg

KRİMİNAL

1146

12.06.2019, 15:57

\"\"  Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, pediatr Sədaqət Şahsuvarova vəfat edib.
  Oxu24.com  xəbər verir ki, 65 yaşlı həkim Avrasiya Hospitalında etdirdiyi liposaksiya əməliyyatından 4 gün sonra ölüb. Onun əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında, pasiyentinin ölümündə günahkar olmadığını bildirib: \"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada vəfat etdi. Hazırda araşdırma gedir. Ölüm səbəbi qandakı hansısa infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik xroniki pnevmaniyası da var imiş. Əgər ən az 1 həftə-10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub\". V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü bildirdi: \"Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik\".(Bakuws)