Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda oteldə azyaşlı qızla intim əlaqədə olan şəxsdən xəbər var

2019-06/1560332770_b96d9a513a7c1fdb818da82fab9ed708-1.jpg

KRİMİNAL

1151

12.06.2019, 13:46

\"\"  On altı yaşına çatmayan qızla intim münasibətdə olmaqda təqsirləndirilən Nəriman Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Oxu24.com  xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Azər Tağıyevin icraatında olan iş üzrə hazırlıq iclası iyunun 24-də keçiriləcək. Qeyd edək ki, hadisə Bakıda yerləşən “Ambassador” hoteldə baş verib. Həmin hoteldə çalışan 26 yaşlı N.Əhmədov 14 yaşlı Q.L. ilə intim münasibətdə olmaqda təqsirləndirilir. Qızın atasının hüquq-mühafizə orqanlarına müraciətinə əsasən, cinayət işi başlanılıb. N.Əhmədov barəsində həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham irəli sürülüb. Digər xəbərlər: Onkoloji xəstə öldü deyə oğlu təcili yardım işçilərinə lomla hücum çəkdi-FOTOLAR 16 yaşlı yeniyetmə kişini bıçaqladı: Anasına “balam” deyib Azərbaycanda namus cinayəti: kəndə qayıdan kişiyə 20 güllə vurdu