Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda BMW reklam lövhəsinə çırpılıb yandı - Ölən və yaralı var

2019-06/1560319607_qezz.jpg

KRİMİNAL

636

12.06.2019, 10:05

\"\"  Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb. Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb. Hadisə nəticəsində avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu ölüb, maşında olan sərnişin isə ağır yaralanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub: “Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir”. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.