Eyyubovlardan sonra növbə kimindir?
25 Dekabr 2025, 22:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
492
21.10.2025, 14:03
Onlayn qumar təşkil etməkdə təqsirləndirilən 12 nəfərəlik dəstənin cinayət işi üzrə məhkəmə başlayıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.
İttiham aktının elan olunması 27 oktyabrda davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən daha bir mütəşəkkil dəstənin üzvlərinin ifşası məqsədi ilə xüsusi əməliyyat keçirib.
Müxtəlif adlar altında açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi halları barədə Baş İdarədə hazırlanan xüsusi əməliyyat-texniki tədbirlərlə dəstəyə başçılıq edən 1980-ci il təvəllüdlü Elçin Quliyev, 1986-cı il təvəllüdlü Orxan Məmmədov və daha 4 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunublar.
Həmçinin oxuyun
Araşdırmalarla məlum olub ki, cinayətkar şəbəkəyə müxtəlif yollarla əməkdaşlığa cəlb edilən şəxslərin sayı 40-dan artıqdır. Şəbəkə üzvləri gizliliyi təmin etmək məqsədilə əsasən Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə məxsus mobil nömrələrdən istifadə edərək sosial şəbəkələrdə çoxsaylı səhifələr açıblar. Daha sonra həmin səhifələr vasitəsilə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. “Fast Loto”, “CHCPlay”, “MostBet” kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə edən şəbəkənin əsas üzvləri ölkə ərazisində virtual idarəetmə sistemi quraraq kirayə götürdükləri mənzillərdə dəstə başçılarının tapşırıqları əsasında fəaliyyət göstəriblər. Əməliyyat zamanı aşkar edilən 1000-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayətkar fəaliyyətdə istifadə olunub.
Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 30-dan artıq mobil telefon nömrəsi, 2 milyon manat nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. Şəbəkə üzvlərinin istifadə etdikləri bank hesablarının dövriyyəsinin 10.000.000 manatdan artıq olduğu aşkarlanıb.
E.Quliyev cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitini leqal dövriyyəyə daxil etmək üçün çirkli pulların yuyulmasını həyata keçirərək özünün və yaxın qohumlarının adına heç bir fəaliyyəti olmayan şirkətlər açıb. O, iş adamı görüntüsü yaratmaq məqsədi ilə mütəmadi olaraq xarici ölkələrə, xüsusən də Gürcüstana səfərlər edib. E.Quliyevin həmçinin qanunsuz qumar oyunlarını təşkil edən transmilli cinayətkar dəstənin başçıları ilə dəfələrlə xarici ölkələrdə görüşərək yeni kiber sistemləri Azərbaycana gətirmək üçün gizli sövdələşmələr həyata keçirdiyi də məlum olub. Şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlə aldıqları mənzillər, torpaq sahələri, bağ evləri, ticarət obyektləri və lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Şəbəkəyə başçılıq edən E.Quliyev və daha 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib.
23:01 / 25 Dekabr 2025
1
22:43 / 25 Dekabr 2025
222
22:33 / 25 Dekabr 2025
24
22:30 / 25 Dekabr 2025
125
22:21 / 25 Dekabr 2025
29
22:11 / 25 Dekabr 2025
29
22:08 / 25 Dekabr 2025
172
21:39 / 25 Dekabr 2025
39
21:23 / 25 Dekabr 2025
149
20:00 / 25 Dekabr 2025
369
19:53 / 25 Dekabr 2025
68
19:37 / 25 Dekabr 2025
759
19:31 / 25 Dekabr 2025
1514
19:24 / 25 Dekabr 2025
139
19:06 / 25 Dekabr 2025
741
19:04 / 25 Dekabr 2025
115
18:09 / 25 Dekabr 2025
3964
18:07 / 25 Dekabr 2025
697
18:05 / 25 Dekabr 2025
78
17:28 / 25 Dekabr 2025
720
17:27 / 25 Dekabr 2025
84
17:25 / 25 Dekabr 2025
73
16:57 / 25 Dekabr 2025
158
16:54 / 25 Dekabr 2025
86
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.