Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxda dəhşət: 53 yaşlı kişi məktəb stadionunda ölümcül bıçaqlandı

2019-06/1560017285_1560014751_bicaq_1.jpg

KRİMİNAL

936

08.06.2019, 22:07

\"\" Yevlaxda orta məktəbin stadionunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə rayonun Malbinəsi kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərov Həsən Ələsgər oğlu qısqanclıq zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Məmmədov Emin İsmət oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində H.Cəfərov üzərində gəzdirdiyi bıçaqla E.Məmmədovun baş, qarın və sinə nahiyəsinə 8 bıçaq zərbəsi endirərək onu öldürməyə cəhd edib. H.Cəfərov E.Məmmədovun öldüyünü zənn edərək hadisə yerindən uzaqlaşıb və könüllü şəkildə Yevlax Rayon Polis Şöbəsinə gəlib, törətdiyi olay barədə məlumat verib. O hadisəni qısqanclıq zəminində törətdiyini deyib. Müxtəlif bədən xəsarətləri alan E.Məmmədov xəstəxanaya çatdırılaraq əməliyyat olunub, hazırda vəziyyəti ağırdır. Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.