Qaynar xətt:

(+99450) 247 90 86

Mikroavtobus aşdı - Xəsarət alanlar var

Mikroavtobus aşdı - Xəsarət alanlar var

KRİMİNAL

628

08.06.2019, 20:19

\"\" Bakı-Qazax magistralının Hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində Gəncə sakini, 1971-ci il təvəllüdlü Tanrıverdiyev Arzu Camal oğlunun idarə etdiyi  \"Volkswagen” markalı  99 SF 710 dövlət nömrə nişanlı mikroavtobus yoldan çıxaraq aşıb. Oxu24.com APA-ya istinadən xəbər verir ki, nəticədə sürücü və avtomobildə olan sərnişin - Gəncə sakini, 1957-ci il təvəllüdlü Hüseynov Tahir Rza oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirlib.
Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.