Qaynar xətt:

(+99450) 247 90 86

Vəkili döyən polisləri nazir CƏZALANDIRDI: rəis müavini qovuldu, digərləri...

2019-06/1560000764_polis-2.jpg

KRİMİNAL

940

08.06.2019, 17:31

\"\"  Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsində vəkil Orxan Kəngərliyə qarşı zorakılıq edən polislər işdən çıxarılıb.
Oxu24.com  xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı sosial şəbəkədə yazıb. Qeyd edib ki, daxili işlər naziri Ramil usubovun 7 iyun 2019-cu il tarixli əmri ilə Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric olunub. Şöbənin təhqiqatçısı Elnur Rəşidov vəzifədən azad edilib, əməliyyatçı və sahə müvəkilinə isə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq edilib. Günün digər maraqlı xəbərləri: Bakıda ağır qəza: Maşından iki qadın çıxardılar - FOTO Bakıda kriminal avtoritet qətlinin TƏFƏRRÜATI - O, maşında tək olmayıb-VIDEO Qəbrin ilk gecəsi : İlk gecə, ilk gün nə baş verir ? (16+)+VİDEO Qeyd edək ki, mayın 31-də müvəkkilinin hüquqlarının müdafiəsi üçün Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə gedən Vəkillər Kollegiyasının gənc üzvü Orxan Kəngərli müvəqqəti olaraq saxlanılıb. İddiyaya görə, polis bölməsində ona fiziki zor tətbiq edilib. Vəkil Binəqədi rayon Prokurorluğuna müraciət edib.