29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı
11 Oktyabr 2026, 11:21
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1138
02.10.2025, 11:13
Dərman vasitələri və tütün məmulatlarını qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmiş şəxslər və onlara şərait yaradan vəzifəli şəxslər ifşa edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.
Məlumata görıə, qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştirak etmiş Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin əməkdaşları və digər şəxslərin qanunsuz əməlləri ilə bağlı həmin qurumda başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilir.
İstintaqla Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsinin 1-ci şöbəsinin inspektoru Vüsal Hüseynov və həmin şöbəyə təhkim olunmuş “Azərterminalkompleks” Birliyinin instruktor-kinoloqu Asif Hacımuradovun Etibar Hatəmli və İran İslam Respublikasının vətəndaşı Jafar Rezeyan ilə qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə aralarındakı razılaşmaya uyğun sonuncunun İİR-də əldə etdiyi ümumilikdə 400 min manat dəyərində dövlət qeydiyyatından keçməyən, o cümlədən tərkibində güclü təsir edən və psixotrop maddələr olan dərman vasitələrini və aksiz markasız tütün məmulatlarını gömrük nəzarətindən kənar keçirib Azərbaycan Respublikası ərazisində aidiyyəti şəxslərə təhvil verilməsini təmin etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Vüsal Hüseynov, Asif Hacımuradov, Jafar Rezeyan və Etibar Hatəmliyə müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə), 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda psixotrop maddələrin qanunsuz dövriyyəsi), 240.3.2 (külli miqdarda güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.
İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Vüsal Hüseynov, Asif Hacımuradov və Etibar Hatəmli barəsində məhkəmənin qərarı ilə həbs, Jafar Rezeyan barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
19:29 / 11 Oktyabr 2026
10
19:23 / 11 Oktyabr 2026
60
19:12 / 11 Oktyabr 2026
75
19:12 / 11 Oktyabr 2026
64
19:05 / 11 Oktyabr 2026
77
18:52 / 11 Oktyabr 2026
2154
18:46 / 11 Oktyabr 2026
74
18:37 / 11 Oktyabr 2026
58
18:13 / 11 Oktyabr 2026
95
18:08 / 11 Oktyabr 2026
75
17:57 / 11 Oktyabr 2026
73
17:52 / 11 Oktyabr 2026
108
17:40 / 11 Oktyabr 2026
70
17:28 / 11 Oktyabr 2026
70
17:24 / 11 Oktyabr 2026
114
17:10 / 11 Oktyabr 2026
100
16:55 / 11 Oktyabr 2026
179
16:46 / 11 Oktyabr 2026
92
16:25 / 11 Oktyabr 2026
73
15:55 / 11 Oktyabr 2026
91
15:22 / 11 Oktyabr 2026
86
15:03 / 11 Oktyabr 2026
590
14:50 / 11 Oktyabr 2026
240
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.