SON DƏQİQƏ! Baş Prokurorluq açıqlama yaydı:Tapılan skelet kimindir?
11 Avqust 2026, 19:12
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
820
02.10.2025, 10:33
Bakıda 67 yaşlı kişi 12 yaşlı oğlana təcavüz edib.
Oxu24.com bildirir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ü.Abdullayev küçəsində yerləşən ərzaq mağazasında baş verib. Mağaza sahibi, 1958-ci il təvəllüdlü Mürvət İbrahimov (ad və soyad şərtidir) qonşuluqda yaşayan, 2013-cü il təvəllüdlü oğlana qarşı seksual zorakılıq edib.
Məlumata görə, 2013-cü il təvəllüdlü oğlan hər gün səhər saatlarında oxuduğu orta məktəbə gedərkən, məktəbin yaxınlığında yerləşən mağazaya daxil olub, oradan yemək üçün qoğal və digər qidalar alırmış.
Bir gün oğlan yenidən şirniyyat almaq üçün mağazaya daxil olur. M.İbrahimov ona pulsuz şirniyyat verərək, onu mağazanın arxa otağına keçirib, orada seksual xarakterli hərəkətlər edib. O, daha sonra oğlana 1 manat verib ki, bu hadisəni heç kimə deməsin.
Bundan sonra M.İbrahimov hər gün oğlan dərsə gedən zaman onu mağazaya çağırır, şirniyyat verərək ona qarşı seksual hərəkətlər edir.
Təxminən bir il bu hərəkət davam edir. Bir gün oğlan səhər saatlarında yenidən mağazaya konfet almağa gəlir. 67 yaşlı Mürvət ona konfet verib mağazanın arxa otağına keçirir. O, oğlanla qeyri-təbii yolla cinsi əlaqədə olur. Daha sonra o, uşağa 2 manat verərək, bu hadisəni heç kimə deməməyi bildirir.
12 yaşlı oğlan həmin gün heç kimə heç nə deməsə də, səhəri gün ağrıları başladığından bu barədə anasına məlumat verir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 67 yaşlı Mürvət İbrahimov saxlanılır, faktla bağlı cinayət işi başlanır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.İbrahimov 16 il azadlıqdan məhrum edilir.
23:58 / 11 Avqust 2026
46
23:52 / 11 Avqust 2026
49
23:50 / 11 Avqust 2026
38
23:23 / 11 Avqust 2026
159
23:21 / 11 Avqust 2026
60
23:16 / 11 Avqust 2026
61
23:06 / 11 Avqust 2026
60
22:55 / 11 Avqust 2026
296
22:52 / 11 Avqust 2026
54
22:47 / 11 Avqust 2026
66
22:41 / 11 Avqust 2026
133
22:39 / 11 Avqust 2026
62
22:35 / 11 Avqust 2026
208
22:28 / 11 Avqust 2026
100
22:02 / 11 Avqust 2026
280
21:57 / 11 Avqust 2026
62
21:39 / 11 Avqust 2026
105
21:26 / 11 Avqust 2026
280
21:23 / 11 Avqust 2026
66
21:11 / 11 Avqust 2026
394
21:05 / 11 Avqust 2026
55
20:54 / 11 Avqust 2026
407
20:49 / 11 Avqust 2026
227
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.