Qaynar xətt:

(+99450) 247 90 86

Adnan Əhmədzadə işində “Səlim Müslümov ssenarisi” təkrarlana bilərmi? - ŞOK TƏFƏRRÜAT 

Adnan Əhmədzadə işində “Səlim Müslümov ssenarisi” təkrarlana bilərmi? - ŞOK TƏFƏRRÜAT 

KRİMİNAL

2572

26.09.2025, 10:49

Dubaydan Bakıya uzanan korrupsiya şəbəkəsi - Azərbaycana qarşı ən böyük iqtisadi terror işində kimlər var? 

Azərbaycanın enerji sektorunda son onilliklərin ən qalmaqallı istintaqlarından biri davam edir. SOCAR-da mühüm vəzifələr tutmuş, illərlə ölkənin neft ticarətində aparıcı fiqur olmuş Adnan Əhmədzadənin həbsi həm iqtisadi, həm də siyasi gündəmi silkələyib. İddialara görə, bu iş nəticəsində Azərbaycan dövləti 2 milyarddan 5 milyard dollara qədər ziyan çəkə bilər. Bu, hələlik təsdiqlənmiş rəqəm deyil, medianın, ekspertlərin və ictimaiyyətin müzakirə etdiyi iddialardır.  

Əldə olan məlumata görə, 2025-ci ilin ilk 8 ayında Azərbaycanın neft ixracı təxminən 8 milyard 400 milyon dollar olub. Bu isə gündəlik orta hesabla 34-35 milyon dollar - 60 milyon manat gəlir deməkdir. Belə olan halda, 2-5 milyardlıq zərər iddiası ölkənin bir neçə aylıq neft ixracına bərabərdir.  

İstintaqın gedişatından asılı olaraq, bu iş təkcə bir nəfərlə məhdudlaşmaya bilər. Enerji sektorunda belə miqyaslı korrupsiya və saxtakarlıq ittihamları adətən geniş əlaqələr və tərəfdaşlar zənciri ilə bağlı olur. Bu səbəbdən ictimaiyyətin gözləntisi odur ki, yeni həbslər ola bilər.  

Hazırda ən çox müzakirə olunan suallardan biri budur ki, əgər Adnan Əhmədzadə dövlətə vurulan ziyanı ödəsə, bu, onun azadlığa çıxmasına səbəb ola bilərmi? Şübhəli şəxs zərəri ödəmək istədiyini bildirərsə, qanun buna hansı hallarda imkan verir? 

Tanınmış vəkil Əkrəm Həsənov “Yeni Müsavat”a deyib ki, Azərbaycan məhkəmə tarixində yaxın keçmişdə belə bir hal olub: “Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov istintaqa cəlb olunandan sonra 27 milyon manat ziyan müəyyən edilmişdi. Səlim Müslümov uzun sürən məhkəmə prosesi dövründə ziyanın bir hissəsini ödədi. Bundan sonra məhkəmə onun barəsində ittihamedici hökm çıxarsa da, şərti cəzaya məhkum etdi. Bunu belə əsaslandırdılar ki, Səlim Müslümov qocadır, xəstəlikləri var. O nöqteyi-nəzərdən Adnan Əhmədzadənin işində də eyni praktikaya müraciət oluna bilər. Yəni Adnan Əhmədzadə zərəri ödəyərsə, mümkündür ki, şərti cəzaya da məhkum oluna bilər”.  

Fotoda Əkrəm Həsənov 

Əkrəm Həsənov deyib ki, Adnan Əhmədzadənin saxlanıldığı iş dövlətə qarşı çox böyük bir iqtisadi cinayəti əhatə edir: “Yəni bu cinayət hansısa bir mənzildən oğurluq və ya bir mənzilin bir neçə nəfərə satılması cinayəti deyil. Burada isə xüsusilə ağır bir cinayətdən söhbət gedir”. 

Bəs iddia olunan 2-5 milyard dollarlıq ziyanın geri qaytarılması hansı hüquqi və beynəlxalq mexanizmlərlə mümkündür? 

Əkrəm Həsənov deyib ki, zərərin müəyyən edilməsi üçün ekspertiza təyin olunmalı və real zərər ortaya çıxarılmalıdır: “Ekspertiza Azərbaycan neftinə qatılan xlorid maddəsindən dolayı ölkəmizə və tərəfdaşlarına dəyən ziyanı müəyyən etməli və rəy istintaqa təqdim olunmalıdır. Adnan Əhmədzadə işi sadəcə bir nəfərin taleyi ilə məhdudlaşmır. Burada söhbət Azərbaycanın enerji imicindən, iqtisadi təhlükəsizliyindən və beynəlxalq tərəfdaşlarla etimad münasibətlərindən gedir”.  

Ə.Həsənov hesab edir ki, Adnan Əhmədzadəyə elan olunan ittihamlar olduqca ağırdır və ortada olan məlumatlar, həbsin Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən gerçəkləşdirilməsi nəticədə ittihamedici hökmün çıxarılması ilə bitəcək: “Adnan Əhmədzadə zərəri ödəsə, o, həbsdə yaxşı şəraitdə yaşaya bilər. İstənilən vaxt yanına gəlib-gedənlər olacaq. Əks halda, ümumi barakı kasıb dustaqlarla bölüşəcək”. 

Bu arada həbs edilən iş adamı Adnan Əhmədzadə ilə bağlı daha bir fakt üzə çıxıb. 

Məlumata görə, iş adamı qanunsuz yollarla əldə etdiyi pullar hesabına Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də özünə dəbdəbəli və bahalı mənzil alıb. Gununsesi.info-nun yaydığı məlumata görə, söhbət 67 milyon dirhəmə alınan mənzildən gedir. 67 milyon dirhəm - 31 milyon manat və ya 18 milyon dollar deməkdir. 2 qülləli bina hotel və yaşayış kompleksindən ibarətdir. Burada “Baccarat” brendi altında idarə olunan 5 ulduzlu hotel yerləşir.  

Belə məlum olur ki, Adnan Əhmədzadə Dubayın mərkəzində 5 otaqlı mənzilin sahibi olub. 

“Baccarat Hotel & Residences Dubai” çəkici edən həm də mənzərəsidir. Penthauslarda və yüksək mərtəbələrdə panoramik mənzərələr: “Burj Khalifa”, “Dubai Fountain”, “Business Bay”, DIFC, “Dubai Mall”, “Dubai Opera” və sair. “Baccarat Residences Downtown Dubai” binasının tamamlanma (təhvil verilmə) tarixi 2026-cı ilin 4-cü rübü olaraq planlaşdırılır. 

“Yeni Müsavat”a daxil olan məlumatda isə deyilir ki, Adnan Əhmədzadəyə məxsus olan və Azərbaycanda yerləşən mal-mülklərin də üzərinə həbs qoyulub. Həmin varidatı ittihamlar təsdiq olunacağı təqdirdə xüsusi müsadirəyə götürülərək ziyanın ödənməsinə yönəldiləcək.  

Qeyd edək ki, Adnan Əhmədzadənin həbsindən 4 gün sonra, sentyabrın  23-də BP rəsmisi Tamam Bayatlı açıqlayıb ki, hazırda Ceyhan terminalında yerləşən bütün çənlərdə neft standartlara uyğundur, problem həll olunub.   

Tamam Bayatlı terminallardakı çənlərdə aşkar olunan xlorid maddəsinin təmizləndiyini açıqlayıb. Neftin hasilatı və nəql prosesində kimyəvi reagentlərdən istifadə olunur. Normalda bu qatışıqlar təmizlənməlidir. Deməli, əgər xloridlər qalıbsa, ya işə məsuliyyətsiz yanaşılıb, ya da bilərəkdən göz yumulub. Dünyada keyfiyyətsiz nefti keyfiyyətli partiyalara qatıb-qarışdırmaqla ixrac etmək praktikasına tez-tez rast gəlinir. Bu, yüz milyonlarla dollar qazanc deməkdir. Çox güman ki, Ceyhan çənlərində də məhz bu məqsədlə şübhəli qarışdırma əməliyyatı aparılıb.  Azərbaycanın əsas üstünlüyü beynəlxalq enerji bazarında etibarlı tərəfdaş imicidir. Neftin keyfiyyəti ilə bağlı ən kiçik qalmaqal belə ölkəyə qarşı geosiyasi təzyiq alətinə çevrilir. Adnan Əhmədzadə işi göstərir ki, SOCAR-ın milyardlarla dollar dəyərində olan neft ticarəti illərlə dar çevrənin əlində olub. Bu dar çevrə üçünsə dövlətin maraqlarından çox şəxsi qazanc ön plana çıxıb!  Nəticədə Azərbaycan dünya bazarına keyfiyyətsiz neft satmaq ittihamı ilə üz-üzə qalıb.  Bu məsələdə Azərbaycanın neft bazarında etibarlı tərəfdaş imicinin qəsdən sarsıdılması niyyəti sezilir. Bunu kim edib və ən əsası kimin maraqları çərçivəsində edib?  (musavat)

Hörmüz boğazında qlobal təhlükə həyəcanı: Azərbaycan Avropanın enerji xilaskarına çevrilir — ŞƏRH  

21:00 / 08 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Hörmüz boğazında qlobal təhlükə həyəcanı: Azərbaycan Avropanın enerji xilaskarına çevrilir — ŞƏRH  

57

1
Hakimə etiraz etmək istəyənlərin NƏZƏRİNƏ: Bu səhvi edənlər cərimə ilə üzləşə bilər!  

20:50 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Hakimə etiraz etmək istəyənlərin NƏZƏRİNƏ: Bu səhvi edənlər cərimə ilə üzləşə bilər!  

65

0
 371 gün gəmidə olacaqlar

20:48 / 08 Sentyabr 2026

DÜNYA DÜNYA

 371 gün gəmidə olacaqlar

56

0
Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva  yazır

20:40 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu gün Jurnalistlərin Beynəlxalq Həmrəylik Günüdür - Ramidə Allahverdiyeva  yazır

58

0
SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib

20:39 / 08 Sentyabr 2026

DÜNYA DÜNYA

SEPAH: ABŞ ordusuna məxsus sualtı aparat Hörmüz boğazında ələ keçirilib

79

0
Azərbaycanda Baş nazir hansı halda həbs oluna bilər? - Detallar

20:25 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

Azərbaycanda Baş nazir hansı halda həbs oluna bilər? - Detallar

231

0
Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub 

20:23 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Balaxanı qəsəbəsi ərazisində obyektdə yanğın olub 

61

0
İstintaq orqanı hər kəsi məcburi qaydada apara bilərmi? – Vəkildən AÇIQLAMA  

20:20 / 08 Sentyabr 2026

HÜQUQ HÜQUQ

İstintaq orqanı hər kəsi məcburi qaydada apara bilərmi? – Vəkildən AÇIQLAMA  

60

0
Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?  

20:10 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mənzilin kvadratı necə hesablanır? – Balkon və terras sahəsi niyə tam hesablanmır?  

79

0
“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər 

20:05 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

“Maarifçi”lər Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri ilə görüşüblər 

63

0
Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 

20:03 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib 

74

0
Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır 

18:50 / 08 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır 

79

0