Qaynar xətt:

(+99450) 247 90 86

Bir qığılcımla ot tayası külə döndü, yük maşını və ev yandı

2019-06/1559771323_21-21-21-traktor.jpg

KRİMİNAL

610

06.06.2019, 01:48

\"\"  Göyçayda avtomobil, bir taya ot və evin bir hissəsi yanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Şəhadət kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü Vaqif Əliyev həyətinə “QAZ 53” markalı yük avtomobili ilə ot gətirən zaman həyətyanı ərazidən keçən elektrik xəttinə toxunub və yanğın baş verib. Bir qığılcım avtomobildəki 1 ton quru otun yanmasına səbəb olub. Yanğın genişlənərək yük maşınını, Vaqif Əliyevin evini bürüyüb.
Əraziyə Göyçay Yanğından mühafizə hissəsinin 2 briqadası cəlb olunub. Tez bir zamanda alovun qarşısı alınıb. Yanğın zamanı 166 kv sahəsi olan evin 20 kv hissəsi yanıb.
Faktla bağlı araşdırma aparılır.