Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
14229
az

Qızı baldızının əri ilə qaçdı, ana intihara cəhd etdi Metrodakı intihar olayının şok səbəbləri

16:4005 İyun, 2019
1349
KRİMİNAL
  • A
 
Bir neçə gün öncə metronun "28 May" stansiyasında özünü qatarın altına atan qadının intihar səbəbləri bilinib.

Oxu24.com "Yeni Sabah"a istinadən xəbər verir ki, intihara cəhd göstərən Abşeron rayon sakini 54 yaşlı Asya Əmirova ailəsində baş verən biabırçı olaylara görə özünü öldürmək qərarına gəlib.
Rayonun qəsəbələrindən birində yaşayan qadının qızı inanılmaz hərəkət edib. Belə ki, Aynur Əmirova (şərti ad) təxminən 10 gün əvvəl öz həyat yoldaşını ataraq başqa evli kişiyə qoşularaq qaçıb. Məsələnin inanılmaz tərəfi ondan ibarətdir ki, onun qaçdığı kişi baldızının həyat yoldaşı olub. Qəsəbədə bu olay yayıldıqdan sonra 54 yaşlı ana gənc oğlunu qəsəbədən çıxararq yaxın qohumlarından birinə əmanət edib. Sonra metroya gələrək intihar niyyətini həyata keçirib.

{banner_reklam}

Məlumata görə qadın xilas edildikdən sonra xəstəxanaya yerləşdirilib və onun ayağı amputasiya edilib.

Yeznənin isə Aynur Əmirova ilə birgə Quba rayonuna qaçdığı bəlli olub. Anasının intihar cəhdindən sonra o da boynu qırılmış vəziyyətdə xəstəxanaya yerləşdirilib. İlkin ehtimallara görə anasının intihar etdiyini eşidən qızı da özünü asmaq qərarına gəlib. Lakin onun da həyatı xilas edilib.

Gəlini qaçıran yeznə polis tərəfindən saxlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xaçmazda evdən qadının meyiti tapıldı
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı