Ərinin qətlini sifariş edən Əzizə Seyidova barədə qərar verildi
20 Oktyabr 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2409
14.07.2025, 09:56
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən cinayət işi üzrə təqsirləndirilən Azərbaycan Respublikası vətəndaşı Hacıyev Nihad Əhməd oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu24.com xəbər verir ki, “darknet” tipli internet resursunun yaradılması və idarə edilməsi, orada fərdi məlumatların, qanunla paylaşılması qadağan olunan sair məlumatların satışı ilə məşğul olan Nihad Hacıyev DTX-nin həyata keçirdiyi əməliyyat-texniki tədbirlər zamanı ifşa edilmiş kibercinayətkar qrupun üzvlərindən biri kimi həbs olunub.
Belə ki, o, əlaqəsində olan digər şəxslərlə birgə “xeberoxu.az” və digər informasiya portallarına kiberhücumlar təşkil edib, qeyd olunan saytın idarəetməsini ələ keçirərək xəbərlərin məzmununu dəyişdirmiş, “Çarxla Qazan.apk”, “Paypal.apk” və s. adlı, tərkibində zərərli kodlar olan mobil tətbiqləri insanların mobil telefonlarına yükləməklə onların şəxsi məlumatlarını qanunsuz ələ keçirib.
Nihad Hacıyev, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən bir sıra şirkətlərin və qurumların (“İrşad Electronics”, “Baku Electronics”, “Xalq Bank” və s.) rəsmi internet səhifələrinə bənzər “domen”lər əldə edib saxta saytlar yaradaraq, onları həqiqi internet səhifələri kimi sosial şəbəkələrdə təqdim edib, endirim kampaniyaları adı altında istifadəçilərin fərdi məlumatlarını kütləvi ələ keçirib.
Diqqət çəkən məqam ondan ibarətdir ki, dəstə üzvləri, həmçinin digər insanlara və şirkətlərə məxsus istənilən mobil nömrəni təqlid edərək aldadıcı zəng etmək imkanı verən “Call Spoofing” kiberhücum alətlərini istifadə etməklə zənglər edib, şirkətlərin adından insanlara saxta sms-lər göndərərək onları aldatmağa nail olub, belə onlayn xidmətlərin satışını da təşkil ediblər.
Məhkəmə Nihad Hacıyevin barəsində həbs müddətini ilkin olaraq 3 ay müddətinə müəyyən edib.
14:42 / 20 Oktyabr 2026
1
14:40 / 20 Oktyabr 2026
11
14:35 / 20 Oktyabr 2026
23
14:26 / 20 Oktyabr 2026
39
14:15 / 20 Oktyabr 2026
107
14:12 / 20 Oktyabr 2026
55
14:06 / 20 Oktyabr 2026
65
13:59 / 20 Oktyabr 2026
71
13:52 / 20 Oktyabr 2026
54
13:38 / 20 Oktyabr 2026
1475
13:20 / 20 Oktyabr 2026
73
13:08 / 20 Oktyabr 2026
138
13:04 / 20 Oktyabr 2026
76
13:00 / 20 Oktyabr 2026
70
12:54 / 20 Oktyabr 2026
137
12:46 / 20 Oktyabr 2026
84
12:43 / 20 Oktyabr 2026
185
12:35 / 20 Oktyabr 2026
996
12:30 / 20 Oktyabr 2026
99
12:28 / 20 Oktyabr 2026
415
12:05 / 20 Oktyabr 2026
81
12:00 / 20 Oktyabr 2026
93
11:55 / 20 Oktyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.