Polis Qubada əməliyyat keçirib
13 Dekabr 2025, 14:50
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
2910
16.05.2025, 18:20
Gəncədə həmyaşıdları tərəfindən qətlə yetirilən Elgün İbrahimovun faciəsi ölkədə geniş rezonans doğurub. Sosial şəbəkələrdə “Elgün üçün ədalət” şüarı ilə kampaniyalar başladılıb və ictimaiyyət hadisənin ədalətli araşdırılmasını tələb edir. Ailə və yaxınları günahkarların layiqli şəkildə cəzalandırılmasını istəyir.
Hazırda vəziyyət necədir?
Globalinfo.az bununla bağlı müvafiq qurumlarla əlaqə saxlayıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən saytımıza verilən məlumata görə, məsələ hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır:
“Bizdə hər hansı məlumat yoxdur. Hadisə məktəbdən kənarda, qeyri-dərs saatında baş verdiyi üçün nəsə deyə bilmərik. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Bununla da Elgünün eyni məktəbdənmi, yoxsa kənar şəxslər tərəfindən qətlə yetirildiyi müəyyənləşdirilməlidir”.
Baş Prokurorluğunun mətbuat xidmətindən saytımıza bildirilib ki, hazırda Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılır.
Globalinfo.az Elgün İbrahimovun təhsil aldığı Gəncə şəhər Samir Vəliyev adına 34 nömrəli tam orta məktəblə də əlaqə saxlayıb. Təhsil ocağı onun nümunəvi şagird olduğunu vurğulayıb:
Həmçinin oxuyun
“Çox yaxşı uşaq idi, onda heç bir mənfi xüsusiyyət tapmaq mümkün deyildi. Sinif yoldaşları ilə münasibətləri də hər zaman yaxşı olub”.
Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb:
“Axşam bacım zəng edib, ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, mayın 13-də, gecəyarısında 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Zülfüqar Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub:
“Ona qapalı kəllə-beyin travması, qarının və bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 12:10-da pasiyentin ölüm faktı qeydə alınıb.”
Xatırladaq ki, mayın 12-də Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov aldığı ağır kəllə-beyin travmasından xəstəxanada vəfat edib.
14:50 / 13 Dekabr 2025
4
14:38 / 13 Dekabr 2025
21
14:28 / 13 Dekabr 2025
30
14:22 / 13 Dekabr 2025
31
14:12 / 13 Dekabr 2025
111
13:14 / 13 Dekabr 2025
450
13:07 / 13 Dekabr 2025
222
12:58 / 13 Dekabr 2025
128
12:16 / 13 Dekabr 2025
837
12:08 / 13 Dekabr 2025
92
11:44 / 13 Dekabr 2025
69
11:30 / 13 Dekabr 2025
78
11:09 / 13 Dekabr 2025
871
11:07 / 13 Dekabr 2025
383
10:25 / 13 Dekabr 2025
1070
09:15 / 13 Dekabr 2025
860
09:06 / 13 Dekabr 2025
600
08:45 / 13 Dekabr 2025
128
08:37 / 13 Dekabr 2025
154
00:28 / 13 Dekabr 2025
151
00:14 / 13 Dekabr 2025
1101
00:01 / 13 Dekabr 2025
742
23:20 / 12 Dekabr 2025
669
23:12 / 12 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.