Bakıda işlədikləri şirkətdən oğurluq edən şəxslər saxlanıldı
22 Avqust 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1359
10.04.2025, 21:48
Son günlər kiberdələduzluğun yeni formasının meydana gəlməsinə dair məlumat yayılıb. İddiaya görə, xarici nömrədən gələn zəngə cavab verilməsi ilə kart hesablarındakı pul dələduzlar tərəfindən çəkilir. Bu, təşvişə səbəb olub.
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan İTK mütəxəssisi Vahid Qasımov bildirib ki, hansısa nömrədən gələn zəngi açmaq kart məlumatlarının ələ keçirilməsi üçün kifayət deyil.
O qeyd edib ki, buna baxmayaraq, telefona xarici nömrədən zənglər müəyyən fəsad yarada bilər:
"Xarici zənglər ödənişli ola, o zaman da sizin telefon hesabınızdan məbləğ silinə bilər. Hətta xarici zəngi açıb danışdığınız zaman səsinizi qeyd edib, sonra həmin səsə uyğun süni intellekt vasitəsi ilə mətn yarada və təhlükəli məqsədlərlə istifadə edə bilərlər. Zəng Vatsap, ya da Teleqram vasitəsilə gələrsə, zəngi açdığınız anda kibercinayətkarlar sizinlə əlaqə yaratmış olacaqlar. Ardınca sizə içində keçid olan mesaj göndərərək, bu keçid vasitəsilə harasa daxil olmağınızı istəyə bilərlər. Məhz həmin zaman həqiqətən də telefonunuzdan ciddi məlumat oğurluğu baş verə bilər".
Ekspert bu məqamları nəzərə alaraq, şübhəli nömrələrdən gələn zənglərə cavab verməməyin, şübhəli mesajlar göndərən hesabları şikayət edib, bloklamağın daha məsləhətli olduğunu bildirb.
Xatırladaq ki, son günlərdə xarici vətəndaşlar bank kartlarından müxtəlif kiber-üsullarla oğurluq edilir. DİN məsələ ilə bağlı vətəndaşları şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə qarşı diqqətli olmağa çağırıb.
13:36 / 22 Avqust 2026
70
13:34 / 22 Avqust 2026
21
13:31 / 22 Avqust 2026
25
12:55 / 22 Avqust 2026
52
12:55 / 22 Avqust 2026
52
12:35 / 22 Avqust 2026
55
12:34 / 22 Avqust 2026
64
12:15 / 22 Avqust 2026
65
11:59 / 22 Avqust 2026
72
11:40 / 22 Avqust 2026
87
11:25 / 22 Avqust 2026
77
11:04 / 22 Avqust 2026
79
10:54 / 22 Avqust 2026
87
10:30 / 22 Avqust 2026
82
10:10 / 22 Avqust 2026
82
09:50 / 22 Avqust 2026
77
09:30 / 22 Avqust 2026
97
09:18 / 22 Avqust 2026
80
09:08 / 22 Avqust 2026
88
09:04 / 22 Avqust 2026
93
09:02 / 22 Avqust 2026
89
00:41 / 22 Avqust 2026
131
00:03 / 22 Avqust 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.