"Sədərək" marşrutunda insident: avtobus sıxışdırıldı, güzgüsü sındırıldı - GÖRÜNTÜ
22 Avqust 2026, 18:55
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1693
27.03.2025, 21:31
Biləsuvarda film kimi cinayət hadisəsi baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisənin əsas qəhrəmanı 50 yaşlı fermer Tacəddin Əliyev və onun görüşə çağırdığı iki qadındır.
Tacəddin uzun illər kəndtəsərrüfatı ilə məşğul olub, fermasında iri və xırda buynuzlu heyvanlar saxlayıb. Lakin yaz günlərinin birində baş verən hadisə onun həyatını tamamilə dəyişib.
Quzu qarşılığında görüş və müəmmalı yoxa çıxan əşyalar
Hadisədən əvvəl Tacəddin yaxın rayonlardan olan iki qadını fermaya çağırıb. Aygün və Səbinə (adlar dəyişdirilib-red) hərəsi bir quzu qarşılığında görüşə razılaşıblar.
Görüş günü fermanın həyətində açıq havada içki məclisi qurulub. Lakin qısa müddət sonra Səbinə çantasındakı boyunbağı və digər qiymətli əşyalarının yoxa çıxdığını deyib. Bu məsələ mübahisəyə səbəb olub.
İstintaq materiallarında yazır ki, Tacəddin əsəbiləşərək qadınlara müxtəlif nahiyələrindən zərbələr endirib, yüngül xəsarət yetirib.
Baş verənlərə görə Aygünlə Səbinə fermanı tərk etmək istəsələr də, Tacəddin buna imkan verməyib. O, qadınların ikisini də fermaya salaraq qapını bağlayıb. Qaçmalarının qarşısını almaq üçün isə itlərdən silah kimi istifadə edib, onları zəncirdən azad edərək fermanın ətrafına buraxıb.
Bu hərəkəti ilə Tacəddin iki nəfəri qanunsuz azadlıqdan məhrum etmə cinayətini törətmiş olub.
İtlərin dövrəyə aldığı zərərçəkmişlərdən birinin özündə saxlaya bildiyi telefonu onları xilas edib. Bir neçə saat sonra polis onların köməyinə gəlib.
Tacəddin məhkəmədə baş verənləri təsdiq etsə də, qadınları qanunsuz azadlıqdan məhrum etməsi ittihamı ilə razılaşmayıb. Deyib ki, qadınlar özlərini ora-bura vuraraq qəsdən yüngül xəsarət alıblar. Heç birini də fermaya salıb ağızlarını qıfılla bağlamayıb. Əgər belə fikri olsaydı telefonlarını da əllərindən almış olardı.
Zərərçəkmiş şəxslər məhkəmədə baş verənləri ətraflı danışıblar. Etiraf ediblər ki, iki quzu qarşılığında fermaya gediblər. Sonra baş verənlər də ittihamda deyildiyi kimidir.
Biləsuvar Rayon Məhkəməsi fermeri iki nəfəri qanunsuz azadlıqdan məhrum etməkdə təqsirli bilib.
Hökmə əsasən, Tacəddinə azyaşlı uşaqlarına görə güzəşt tətbiq edilməklə 3 il həbs cəzası verilib. Hökm apellyasiya məhkəməsi tərəfindən də təsdiqlənib.
12:11 / 23 Avqust 2026
35
12:04 / 23 Avqust 2026
42
11:54 / 23 Avqust 2026
345
11:52 / 23 Avqust 2026
48
11:51 / 23 Avqust 2026
43
02:23 / 23 Avqust 2026
91
22:37 / 22 Avqust 2026
154
21:49 / 22 Avqust 2026
227
21:35 / 22 Avqust 2026
171
20:40 / 22 Avqust 2026
171
20:15 / 22 Avqust 2026
152
20:14 / 22 Avqust 2026
173
19:59 / 22 Avqust 2026
91
19:48 / 22 Avqust 2026
195
19:33 / 22 Avqust 2026
179
18:55 / 22 Avqust 2026
246
18:26 / 22 Avqust 2026
110
18:21 / 22 Avqust 2026
136
13:55 / 22 Avqust 2026
137
13:36 / 22 Avqust 2026
858
13:34 / 22 Avqust 2026
125
13:31 / 22 Avqust 2026
128
12:55 / 22 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.