Qaynar xətt:

(+99450) 247 90 86

58 yaşlı kişi spirtdən zəhərlənərək ölüb

KRİMİNAL

208

21.03.2025, 11:08

Beyləqanda spirtdən zəhərlənən kişinin həyatını xilas etmək mümkün olmayıb.

Oxu24.com  xəbər verir ki, spirtli içkidən zəhərləndiyi deyilən rayon sakini, 1967-ci il təvəllüdlü Ramiz Orucov Beyləqan rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.