SON DƏQİQƏ! Həmin şəxs Rusiyadan tutularaq Bakıya gətirildi
24 Avqust 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
523
06.03.2025, 14:36
Bakıda 12 il əvvəl yanan "Gelandewagen»i banka girov qoyaraq kredit götürən şəxsə hökm oxunub.
Oxu24.com xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş Elvin Məmmədovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məlum olub ki, Elvin Məmmədov Üzeyir adlı tanışı ilə bərabər 2013-cü ildə qəza nəticəsində yanan, Telman Səfərova məxsus 10 HO 222 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen"i 10 min manata alıb. Elvin elə tanışı ilə cinayət əlaqəsinə girərək "Hollyvood-Cars" şirkətinə məxsus "Mercedes G63" markalı avtomobili bir neçə günlüyə icarəyə götürüblər. Nəticədə Elvin "Rent a Car"dan götürdüyü avtomobilin üzərinə yanan "Mercedes Gelandewagen"in nömrəsini yerləşdirib.
Onlar "Mercedes G63" markalı avtomobilin mühərrik nömrəsini sildirərək, Azərbaycanda bankların birinə girov qoymaqla 53.550 manat kredit götürüblər. Cinayət hadisəsi 2022-ci ildə olsa da, Elvin 2023-cü dekabr ayında Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub.
O, məhkəmədə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, onu sözügedən cinayətə avtomobil alqı-satqısı ilə məşğul olan Orxan və onunla bərabər təqsirləndirilərək, cəza verilən Üzeyir sövq ediblər. Təqsirləndirilən şəxs deyib ki, Orxan yanan "Gelandewagen"i alaraq onun adına rəsimləşdirib. Bundan sonra maşını girov qoymaqla krediti onun adına alıblar. Bütün bu işlərin müqabilində 2 min manat pul alıb. Hazırda bankdan götürülən pullar qaytarıldığı üçün azadlığa buraxılmasını məhkəmədən xahiş edib. Məhkəmənin qərarı ilə Elvin 5 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal azad olunub.
Qeyd edək ki, 10 min manat müqbilində alınan 10 HO 222 dövlət nömrə nişanlı "Mercedes Gelandewagen" 2013-cü ilin iyun ayında qəzaya uğrayıb. Nəticədə avtomobildə olan Səfərova Lalə Telman qızı xəsarət alıb, qardaşı 17 yaşlı Səfərov (Hənifəyev) Teymur avtomobilinin alovlanması nəticəsində dünyasını dəyişib.

Elə həmin vaxt KİV-də yayılan məlumata görə, mərhum Teymurun atası Telman Səfərov biznesmendir və Bakıdakı şifer zavodlarından birinin rəhbəri olub.
19:38 / 24 Avqust 2026
1
19:29 / 24 Avqust 2026
19
19:18 / 24 Avqust 2026
33
19:13 / 24 Avqust 2026
32
19:08 / 24 Avqust 2026
244
19:00 / 24 Avqust 2026
32
18:59 / 24 Avqust 2026
148
18:57 / 24 Avqust 2026
49
18:51 / 24 Avqust 2026
50
18:43 / 24 Avqust 2026
114
18:26 / 24 Avqust 2026
55
18:16 / 24 Avqust 2026
62
18:07 / 24 Avqust 2026
64
17:59 / 24 Avqust 2026
81
17:45 / 24 Avqust 2026
67
17:29 / 24 Avqust 2026
80
17:05 / 24 Avqust 2026
76
16:53 / 24 Avqust 2026
90
16:44 / 24 Avqust 2026
40
16:31 / 24 Avqust 2026
110
16:17 / 24 Avqust 2026
71
16:14 / 24 Avqust 2026
86
16:10 / 24 Avqust 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.