İş adamının 35 yaşlı oğlu evində ölü tapıldı
25 Avqust 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
515
04.03.2025, 16:38
Yevlaxda 32 yaşlı Əhməd Nəsibovun güllələnərək qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
“Qafqazinfo” xəbər verir ki, hadisəni törətməkdə təqsirli bilinən 1989-cu il təvəllüdlü Saleh Əliyevin ANAMA əməkdaşı olduğu məlum olub.
Bildirilib ki, o, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışıb. Cinayətdə istifadə etdiyi “Makarov” markalı tapançanı da Qarabağda fəaliyyət göstərdiyi vaxt əldə edərək qeyri-qanuni olaraq özünə götürüb.
Araşdırmalar zamanı o da məlum olub ki, Salehin küçədə güllələyərək öldürdüyü Əhməd Nəsibov “TikTok” sosial şəbəkəsindən aktiv istifadə edibmiş. Onun bir neçə azyaşlıya qarşı qeyri-etik hərəkətlər və təkliflər etdiyi qeyd olunub.
Saleh Əliyev də qisas zəminində iş yerini tərk edərək Yevlaxa gedib və ictimai yerdə Əhmədi yaxalayaraq onun başından atəş açmaqla qətlə yetirib.
Şəki Ağır Cinayətlər Məhkəməsi S.Əliyevi Cinayət Məcəlləsinin 120.2.4, 221 və 228-ci (120.2.4. xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, xuliqanlıq, qanunsuz silah saxlama) maddələri ilə təqsirli bilib. Ona 17 il həbs cəzası verilib.
00:04 / 25 Avqust 2026
52
00:01 / 25 Avqust 2026
7
23:54 / 24 Avqust 2026
53
22:49 / 24 Avqust 2026
54
22:49 / 24 Avqust 2026
62
22:25 / 24 Avqust 2026
166
22:06 / 24 Avqust 2026
67
21:40 / 24 Avqust 2026
60
21:17 / 24 Avqust 2026
81
20:58 / 24 Avqust 2026
90
20:58 / 24 Avqust 2026
101
20:28 / 24 Avqust 2026
71
20:00 / 24 Avqust 2026
74
19:45 / 24 Avqust 2026
91
19:38 / 24 Avqust 2026
90
19:29 / 24 Avqust 2026
82
19:18 / 24 Avqust 2026
160
19:13 / 24 Avqust 2026
81
19:08 / 24 Avqust 2026
908
19:00 / 24 Avqust 2026
71
18:59 / 24 Avqust 2026
382
18:57 / 24 Avqust 2026
84
18:51 / 24 Avqust 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.