Bakıda dəhşətli qətl törədildi
26 Avqust 2026, 20:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1088
15.01.2025, 13:16
Həmyaşıdını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəhim Əsədov hökm oxunub.
Oxu24.com ın məlumatına görə, hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən təqsirləndirilən şəxs 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Elvin Mirzəyev ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Belə ki, Rəşid İmanovun atası əvvəlki proseslərdə oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, onu bağışladığını deyib.
O, təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib.
Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Rəhim Əsədov hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Rəhim Əsədova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə ittiham irəli sürülüb. O, ifadəsində özünü tam təqsirli bilib və Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim Əsədov Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib. Onun sözlərinə görə, mərhumla "Instagram" sosial şəbəkəsində tanış olub.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.