Bakıda dəhşətli qətl törədildi
26 Avqust 2026, 20:00
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
821
14.01.2025, 11:07
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı planlaşdırmış Gürcüstan vətəndaşı Aslanov Aqil Göycə oğlu və Azərbaycan vətəndaşı İsmayılov Ceyhun Şahin oğlu saxlanılıblar.
Oxu24.com un əldə etdiyi məlumata görə, məlum olub ki, narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Aqil Aslanov 2024-cü ilin sentyabr ayında üçüncü ölkədə səfərdə olarkən, tanışı vasitəsilə həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşları ilə görüşüb və həmin şəxslər Azərbaycanda olan dini icma üzvünün fotoşəkillərini Aqil Aslanova göstərib barəsində məlumat verərək, 200 000 ABŞ dolları müqabilində ona sui-qəsd edilməsini təklif ediblər.
Qarşılıqlı razılıq əsasında Aqil Aslanova ilkin olaraq icma üzvü və onun iş yeri barədə zəruri kəşfiyyat məlumatlarının toplanılaraq onlara ötürülməsi tapşırılıb, bunun üçün isə 2 000 ABŞ dolları məbləğində avans təqdim edilib.
Tapşırığın icrası ilə bağlı Bakı şəhərinə gələn Aqil Aslanov maddi maraq müqabilində cinayət əməllərində iştiraka cəlb etdiyi Ceyhun İsmayılovla birgə dini icma üzvü barədə məlumatların toplanılması istiqamətində işlər görüblər, onun yaşayış və iş yerinin məkan göstəricilərini müvafiq mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndəriblər.
Faktla əlaqədar DTX-də Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə məhkəmə tərəfindən Aqil Aslanov və Ceyhun İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
09:10 / 27 Avqust 2026
1
09:06 / 27 Avqust 2026
28
09:02 / 27 Avqust 2026
27
09:00 / 27 Avqust 2026
34
08:58 / 27 Avqust 2026
33
23:46 / 26 Avqust 2026
111
23:16 / 26 Avqust 2026
122
22:53 / 26 Avqust 2026
111
22:53 / 26 Avqust 2026
118
22:26 / 26 Avqust 2026
116
21:53 / 26 Avqust 2026
121
21:07 / 26 Avqust 2026
118
20:47 / 26 Avqust 2026
135
20:21 / 26 Avqust 2026
143
20:00 / 26 Avqust 2026
86
19:29 / 26 Avqust 2026
76
19:16 / 26 Avqust 2026
93
18:58 / 26 Avqust 2026
99
18:47 / 26 Avqust 2026
103
18:19 / 26 Avqust 2026
91
18:04 / 26 Avqust 2026
110
17:56 / 26 Avqust 2026
111
17:43 / 26 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.