Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
126447
az

“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza

11:0225 Dekabr, 2024
44
KRİMİNAL
  • A

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova qarşı sui-qəsd niyyətini reallaşdıra bilməyib məscidin xidmətçisini bıçaqlamaqda ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşıb.

Oxu24.com un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Rasim Sadıqovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, 41 yaşlı müttəhimə verilmiş ittihamlar məhkəmə istintaqı ilə təsdiqini tapıb. Bu əsasla E.Hüseynova sanksiya həddində cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Hökmə əsasən, Elşən Hüseynov 18 il müddətinə azadlıqdan məhrum edilib. Cəzanın əvvəli tutulduğu gündən hesablanır.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İstintaq orqanı tərəfindən ona Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı
Bank kartından      oğurluq      edildi
“Məşədi Dadaş”ın imamını öldürmək istəyənə- Ağır cəza

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı