Sumqayıtda mənzildə meyit aşkarlandı
28 Avqust 2026, 21:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
781
24.12.2024, 11:09
Xəbər verdiyimiz kimi, “TikTok”da müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.
Oxu24.com un məlumatına görə, burada ən çox müzakirə olunan məsələlərdən biri də belə bayağı yarışlara sponsorluq edən şirkətlərdir.
Düzdür, bunların çoxu xırda şirkətlərdir, amma aralarında kifayət qədər tanınan markalar da var. Buna misal olaraq, Bakıda fəaliyyət göstərən “İstanbul NS” klinikasını və “Halva” restoranlar şəbəkəsinin adını çəkmək olar. Tərbiyəsizliyə görə saxlanılan yarış iştirakçılarına avtomobil hədiyyə edən isə “Legend Motors”dur.
Görünür, bu adlar üçün sadəcə, özlərinin reklamları və bu reklamdan əldə ediləcək müştərilər maraqlıdır. Yoxsa, bilə-bilə niyə tərbiyəsizliyə sponsorluq etsinlər ki?
Onu da qeyd edək ki, istər televiziya məkanında, istərsə də, sosial şəbəkələrdə bayalığa sponsorluq edən şirkətlər kifayət qədərdir. Hansı ki, bu şirkətlər məqamı gələndə ciddi, ictimai yükü olan layihələrə sponsorluq etməkdən boyun qaçırırlar.
Qeyd edək ki, ötən gün DİN tərəfindən keçirilən əməliyyat nəticəsində “TikTok”da tərbiyəsizliyi təbliğ edən bu tip yarışların iştirakçıları və bu “layihə”lərdən birinin rəhbəri Azər Zahid saxlanılıb. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.