Qaynar xətt:

(+99450) 247 90 86

Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 85 nəfər saxlanıldı

KRİMİNAL

272

16.09.2024, 11:14

Sentyabrın 14-də və 15-də ölkə ərazisində qeydə alınan 75, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 104, o cümlədən borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 25 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 85 nəfər saxlanılıb.