Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda qəza tıxaca səbəb oldu

KRİMİNAL

174

12.09.2024, 21:33

Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə OXU24.COM -a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən Musabəyov parkı istiqamətində tıxac yaranıb.

Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə işıqforlara "yaşıl dalğa" rejimi tətbiq edilib.